Qurum: |
- Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti
|
Məzmun: |
- Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi
|
Xidmətin aid olduğu təsnifat: |
- Şəhərsalma, arxitektura və tikinti
|
Xidməti göstərən qurumlar: |
- Rayon təsərrüfatı şöbəsi
- Hüquq şöbəsi
|
Hüquqi əsas: |
- Hüquqi əsas məzmunu: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi;
- Hüquqi əsas akt linki: https://e-qanun.az/framework/46955
- Hüquqi əsas məzmunu: "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 №li Fərmanının 1.2-ci bəndi;
- Hüquqi əsas akt linki: https://e-qanun.az/framework/19590
- Hüquqi əsas məzmunu: Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.11-ci yarımbəndi.
- Hüquqi əsas akt linki: https://e-qanun.az/framework/23701
|
Həyata keçirilmə formaları: |
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması: |
- Poçt xidməti vasitəsilə məlumatlandırma
|
Həyata keçirilmə nəticəsi: |
- Həyata keçirilmə nəticə tipi: Yeni sənəd
- Sənəd: RİH Başçısının yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında bildirişi
- Əlavə məlumat: Məlumat daxil edilməyib
|
Xidmət istifadəçisi barədə məlumat: |
- Fiziki şəxslər
- Hüquqi şəxslər
|
Ödənilə bilmə səviyyəsi: |
|
Xidmət dəyərləri: |
|
Müddət: |
|
Vaxt ölçüsü: |
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti: |
Günlər: Həftənin I-V günləri (rəsmi qeyri iş günləri istisna olmaqla)
İşin başlama vaxtı: 09:00
İşin bitmə vaxtı: 18:00
Fasilənin başlama vaxtı: 13:00
Fasilənin bitmə vaxtı: 14:00
Göstərilmə yeri: |
- Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası
|
Həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: |
- Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 22-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: Bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə;
Bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə;
Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda.
Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.
Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
|
Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması: |
Azərbaycan Respublikasının vətəndaşı: |
|
İnzibati prosedurlar: |
- Qeyri-Elektron İnzibati prosedurlar : Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında həyata keçirilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) İcra Hakimiyyətinə müvafiq sənədləri təqdim edir. İcra Hakimiyyəti tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar İcra Hakimiyyəti tərəfindən Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. İcra Hakimiyyəti Mənzil Məcəlləsinin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. İcra Hakimiyyəti ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda Mənzil Məcəlləsinin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilir. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, Mənzil Məcəlləsinin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, Mənzil Məcəlləsinin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması İcra Hakimiyyəti tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı İcra Hakimiyyəti tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Sahənin keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılır. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar: |
- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər. Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuşqaydada 1 ay müddətində baxılır.
|
Həyata keçirilməsində istifadə olunan informasiya sistemləri: |
|
Həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri: |
|
Elektronlaşma dərəcəsi: |
|
Avtomatlaşma dərəcəsi: |
|
Avtomatlaşma mərhələsi: |
|
Elektron ünvan: |
|
Tip: |
|
Göstərilmə forması: |
|
Elektronlaşma mərhələsi: |
|
Elektron xidmətlərin siyahısına daxil edilmə dərəcəsi: |
|
Növ: |
|