Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasının ərazisində olan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin e-müraciəti.


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə dair müraciətlərinə baxılmasını, araşdırılmasını və cavablandırılmasını əhatə edir.
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Elektron köşk vasitəsilə məlumatlandırma
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Müraciət elektron qaydada təqvimin bütün günlərində qəbul edilir.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Xarici İşlər Nazirliyi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Elektron xidmət vasitəsilə Xarici İşlər Nazirliyinə daxil
    olan müraciətlər qeydiyyata alınır və baxılması üçün Xarici İşlər Nazirliyinin
    müvafiq struktur bölməsinə göndərilir. Həmin struktur bölmənin rəhbəri
    müraciətin inzibati reqlamentə uyğun tərtib edilməsini və müraciətin Xarici İşlər
    Nazirliyinin səlahiyyətinə aid olub-olmamasını müəyyənləşdirir. Müraciətin
    icrasına və ya imtina edilməsinə dair qərar qəbul edir. Müraciət icraata qəbul
    olunduğu təqdirdə ərizədə qeyd olunan məsələyə dair müvafiq araşdırmalar
    aparılır. Zərurət olduqda Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarına,
    Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına sorğular
    göndərilir. Toplanmış məlumatların təhlili aparılır, ərizəçiyə cavab məktubu
    yazılır. XİN-ə daxil olmuş müraciət 1 ayadək müddət ərzində cavablandırılır.
    Müraciətin icrasından imtina olunduğu təqdirdə ərizəçi bu barədə
    məlumatlandırılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


Ünvan: place Bakı şəhəri, Şıxəli Qurbanov küç., 50
Telefon: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-poçt: secretariat@mfa.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mfa.gov.az
VÖEN: 1300382431
Ödəmə rekvizitləri: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı
kod: 805722
VÖEN: 9900001881
Müxbir hesab: 137010002944
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bayram, şənbə və bazar günləri istisna olmaqla, həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
message