Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

On altı yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • 16 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Şəxsiyyəti təsdiq edən sənəd
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 təqvim günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Qanunverciliklə dövlət rüsumu xidmət haqqı müəyyən edilməmişdir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri. "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 09:00:00 10:00:00 11:00:00
İşin sona çatma vaxtı : 18:00:00 20:00:00 17:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 00:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 00:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Daxili işlər orqanlarının şəhər və rayon polis idarələrinin inzibati binaları, "ASAN xidmət" mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Kağız daşıyıcıda
Doğum haqqında şəhadətnamə
- Sənədin əsli və surəti
Qan qrupu haqqında tibbi arayış
- Sənədin əsli
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil
- Sənədin əsli
Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - kirayə müqaviləsi
- Kağız daşıyıcıda
VƏ YA
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - order
- Kağız daşıyıcıda
VƏ YA
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi
- Kağız daşıyıcıda
VƏ YA
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış
- Kağız daşıyıcıda
VƏ YA
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında qeydiyyat vəsiqəsi
- Kağız daşıyıcıda
VƏ YA
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd
- Kağız daşıyıcıda
VƏ YA
Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - icarə müqaviləsi
- Kağız daşıyıcıda
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi tələb edilən sənədlərlə birlikdə daxili işlər orqanlarının şəhər və rayon polis idarələrinə və ya "ASAN xidmət" mərkəzlərinə müraciət etdir.
    Müvafiq dövlət orqanının məsul əməkdaşı şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək onları kompüterin sisteminə daxil edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
    Yaşayış yeri və olduğu yer haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. 14 yaşı tamam olmamış şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən onlardan yaşayış sahəsinə köçmək hüququ verən sənədlər tələ edilmir. Çünki "Yaşayış yeri və olduğu yer haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


VÖEN: 1700215291
message