Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərinə edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərinə edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması və dövlət reyestrinə daxil edilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Qeydiyyat və notariat baş idarəsi
  • Şəhər və rayon qeydiyyat şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dəyişikliklərin dövlət qeydiyyatı aparılır, bu barədə şəhadətnamə və reyestrdən çıxarış verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Qanunun 20-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-6-cı günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • - Qeydiyyat və notariat baş idarəsinin inzibati binası
    - Şəhər və rayon qeydiyyat şöbələrinin inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyin qeydiyyatı üçün səlahiyyətli şəxs tərəfindən imzalanmış və qeyrikommersiya qurumunun və ya təhsil müəssisəsinin möhürü ilə təsdiq edilmiş ərizə
- Kağız formada. Ərizədə qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, hüquqi ünvanı, həmçinin baş vermiş dəyişiklik göstərilməsi (qurumun adının, təsisçilərinin, təşkilati-hüquqi formasının, hüquqi ünvanının, fəaliyyət predmetinin, qanuni təmsilçisinin, nizamnamə kapitalının və s. dəyişməsi) və aşağıdakı qeyd yazılmalıdır: "Qeydiyyata alınmaq üçün təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.”.
Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar
- Kağız daşıyıcıda
Təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənədlər
- Kağız daşıyıcıda
Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur: 1. hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd 2. qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti 3. təsisçilər dəyişildiyi halda təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri 4. fondda və kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsində nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqısatqısı barədə və s. müqavilələr)
- Kağız daşıyıcıda
Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə)
- Kağız daşıyıcıda
Xarici dövlətlərin qeyrihökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə bağlı sazişin müddətinin uzadılması ilə bağlı sənədlər (müraciət ərizəsi, baş təşkilatın qərarı, sazişin uzadılması ilə bağlı protokol)
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyin qeydiyyatı üçün səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş ərizə ilə müraciət edilir.
    - Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
    - təsis sənədlərində edilmiş dəyişikliklərin təsdiq olunması barədə qərar;
    - ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənəd.
    - hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd;
    - qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
    - təsisçilər dəyişildiyi halda təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri;
    - fondda və kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsində nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr);
    - xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə bağlı sazişin müddətinin uzadılması ilə bağlı sənədlər (müraciət ərizəsi, baş təşkilatın qərarı, sazişin uzadılması ilə bağlı protokol);
    - nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə).
    - Qeydiyyat aparıldıqdan sonra dəyişiklik və ya əlavələri əks etdirən sənədin bir nüsxəsi ərizəçiyə (təsisçiyə) verilir (göndərilir), digər nüsxəsi isə təqdim edilmiş sənədlərlə birlikdə qurumun arxiv sənədlərinə əlavə edilir.
    - Qurumun adının dəyişməsi faktı müvafiq şəhadətnamənin və dövlət reyestrindən çıxarışın verilməsi ilə təsdiq edilir.
    - Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda 5 gün müddətində qeydiyyata alınır və bu barədə reyestr kitabında qeyd edilir.
    - Təhsil haqqında qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy verir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message