Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Vergi risklərinin təhlili və nəzarəti departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti və dövlət büdcəsinə köçürülməsi kimi əməliyyatlar həyata keçirilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi:
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur
- Sənədin skan edilmiş surəti
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmətin istifadəçiləri Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, şifrə, paroldan və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə sistemə daxil olaraq ƏDV depozit hesabı üzrə köçürmə əməliyyatlarının aparılmasını həyata keçirə bilərlər.
    Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı vergi ödəyicisi öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini gücləndirilmiş elektron imzadan istifadə etməklə satıcı vergi ödəyicinin ƏDV sub-uçot hesabına köçürür. Bu ödənişi aparmaq üçün vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olmalı və "ƏDV-nin depozit hesabı" menyusunu sıxmalıdır. Bu menyu aşağıdakı alt menyulardan ibarətdir:
    - Köçürmə əməliyyatının aparılması;
    - Köçürmə əməliyyatlarının hesabat/axtarışı hesabından çıxarış.

    Vergi ödəyiciləri ƏDV-nin sub-uçot hesabından aşağıdakı növ köçürmələri yerinə yetirirlər:
    - digər vergi ödəyicilərin sub-uçot hesablarına köçürmələri;
    - dövlət büdcəsinə ödənişləri;
    - idxala görə Dövlət Gömrük Komitəsinə köçürmələri.

    Köçürmə əməliyyatlarının aparılması:
    Köçürmə əməliyyatlarını aparmaq üçün "ƏDV-nin depozit hesabı/Köçürmə əməliyyatlarının aparılması" menyusunu icra etmək lazımdır. Əməliyyatı Alıcı vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə aparır.
    Köçürmə əməliyyatları ekranına daxil olduqda ödəyən müştərinin aşağıdakı məlumatları sistem tərəfindən avtomatik olaraq ekranda görüntülənir:
    - Sub-uçot hesabının qalığı;
    - Naməlum sub-uçot hesabının qalığı;
    - ƏDV borcu.
    Bu ekran vasitəsilə aşağıdakı əməliyyatlar aparıla bilər:
    - Digər sub-uçot hesaba köçürmə;
    - Büdcəyə ödəniş;
    - Naməlumdan digər sub-uçot hesaba köçürmə;
    - İdxala görə ƏDV köçürməsi.
    Digər sub-uçot hesaba köçürmə əməliyyatı:
    Bu əməliyyat əsasən qarşılıqlı əməliyyatlar zamanı alınmış elektron vergi hesab-fakturasına əsasən Alıcı vergi ödəyicisinin öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini Satıcı vergi ödəyicisinin ƏDV sub-uçot hesabına köçürülməsi məqsədilə aparılır.
    Bu əməliyyat növünü icra etmək üçün Alıcı vergi ödəyicisi "Digər sub-uçot hesaba köçürmə" bəndini seçir və aşağıdakı məlumatları daxil edib gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsini basır:
    - Satıcının VÖEN-ı;
    - Ödənişin məbləğini;
    - Ödənişin təyinatını.
    Bu əməliyyatdan sonra köçürülən məbləğ Alıcı vergi ödəyicisinin sub-hesabından Satıcı vergi ödəyicisinin sub-hesabına köçürülür.
    Büdcəyə ödəniş əməliyyatı:
    Bu əməliyyat növü vasitəsilə vergi ödəyicisi ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişı həyata keçirir. Bunun üçün əməliyyat növündən "Büdcəyə ödəniş əməliyyatını" bəndini, alanın VÖEN hissəsində olan siyahıdan həmin ödəyicinin qeydiyyatda olduğu müvafiq xəzinə orqanının məlumatlarını seçməli və Ödənişin məbləği, Ödənişin təyinatı rekvizitlərini daxil edib gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsini basmaq lazımdır. Bu prosesdən sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından büdcəyə köçürülür. Əlavə dəyər vergisi üzrə büdcəyə olan borclar Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi təqdirdə bu məbləğ vergi ödəyicisinin sub-uçot hesabından avtomatik olaraq büdcəyə köçürülür.
    Naməlumdan digər sub-uçot hesaba köçürmə əməliyyatı:
    Qarşılıqlı əməliyyatlarda sub-uçot hesabdan köçürmələr zamanı alanın(ödənilən tərəfin) VÖEN-i düzgün göstərilmədiyi və alan (ödənilən tərəf) ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ ödəyən müştərinin Naməlum sub-uçot hesabına qayıdır. Bu əməliyyat növü yuxarıda qeyd etdiyimiz müəyyən səbəblərdən ödəyənin naməlum sub-uçot hesabına qayıtmış köçürmələrin yenidən aidiyyəti ödəyiciyə köçürülməsi üçün istifadə edilir.
    Bunun üçün əməliyyat növündən "Naməlum sub-uçot hesabdan digər sub-uçot hesaba köçürmə" bəndi qeyd edilir. Sonra Alanın VÖEN-i, Naməlum ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Nəticədə naməlum sub-uçot hesabdakı məbləğ alanın (ödənilən tərəfin) sub-uçot hesabına köçürülür.
    Naməlum sub-uçot hesabadan büdcəyə köçürmə əməliyyatı:
    Qarşılıqlı əməliyyatlarda sub-uçot hesabdan köçürmələr zamanı alanın (ödənilən tərəfin) VÖEN-i düzgün göstərilmədiyi və alan (ödənilən tərəf) ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ ödəyən müştərinin Naməlum sub-uçot hesabına qayıdır. Bu əməliyyat növü yuxarıda qeyd etdiyimiz müəyyən səbəblərdən ödəyənin naməlum sub-uçot hesabına qayıtmış köçürmələrin yenidən aidiyyəti ünvana köçürülməsi üçün istifadə edilir.
    Bu köçürmə üçün əməliyyat növündən "Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə" bəndi qeyd edilir. Sonra Alanın VÖENi, Ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Nəticədə naməlum sub-uçot hesabdakı məbləğ büdcəyə, yəni ŞHV-yə oturur.
    İdxala görə ƏDV köçürmə əməliyyatı:
    Bu əməliyyat növü ilə ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.
    Bunun üçün əməliyyat növündən "İdxala görə ƏDV köçürməsi" bəndi qeyd edilir. Sonra Alanın VÖEN-i siyahısından müvafiq Gömrük İdarəsı seçilir, Ödənişin məbləği və Ödənişin təyinatı daxil edilir. Sonda gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Bu əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından təyin edilmiş Gömrük İdarəsinə köçürülür.
    Ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi:
    Əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturalarında nağdsız qaydada (mal, iş və xidmət tədim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message