Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinət təyin edilməsi və ödənilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən müavinət təyin edilməsi və ödənilməsi ilə bağlı münasibətləri əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müavinət təyin edilir və ya təyin edilməsindən imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Uşaqların doğum haqqında şəhadətnamələri
- Sənədin surəti (kağız formada)
Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin nikah haqqında şəhadətnaməsi
- Sənədin surəti (kağız formada)
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin ölüm haqqında şəhadətnaməsi
- Sənədin surəti (kağız formada)
Ailə tərkibi haqqında yaşayış yerindən arayış
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinətin məbləği "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa (bundan sonra - Konstitusiya Qanununu) uyğun olaraq müəyyən edilir.
    Keçmiş Prezidentin vəfatından sonra aşağıdakı şəxslərə Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilir:
    - arvadına (ərinə);
    - arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.
    Keçmiş Prezident səlahiyyət müddətində vəfat etdikdə aşağıdakı şəxslərə Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan pensiya məbləğində aylıq müavinət ödənilir:
    - arvadına (ərinə);
    - arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.
    Konstitusiya Qanununun 3.1-3.2-ci maddələrinə əsasən müavinət alan keçmiş Prezidentin arvadı (əri) vəfat etdikdə ödənilməli olan aylıq müavinət öhdədə olan uşağa ödənilir.
    Keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin vəfatının ertəsi günündən aşağıdakı günlərədək ödənilir:
    - arvadının (ərinin) vəfat etdiyi günədək;
    - öhdədə olan uşağın 18 yaşına çatdığı günədək.
    Keçmiş Prezidentin arvadı (əri) vəfat etdikdən sonra öhdədə olan uşağa ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin arvadının (ərinin) vəfatının ertəsi günündən həmin uşağın 18 yaşına çatdığı günədək ödənilir.
    Müavinət yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir.
    Müvafiq İcra Hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
    Müavinət təyinatı barədə qərar müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.
    Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə müvafiq İcra Hakimiyyəti orqanları səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Sosial Müavinət və təqaüdlər üzrə informasiya ehtiyatı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Ünvan: place AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Telefon: (99412) 596-5033
Faks: (99412) 596-5034
E-poçt: info@mlspp.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mlspp.gov.az/
VÖEN: 1700093011
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"
message