Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilməsi və ödənilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş aşağıda qeyd edilmiş şəxslərə müavinətin ödənilməsi ilə bağlı münasibətləri əhatə edir:
    - Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara;
    - Qarabağ müharibəsi veteranlarına;
    - şəhid ailələri üzvlərinə;
    - başqa ölkələrin ərazisində məhəlli müharibələrində və hərbi münaqişələrində hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ Silahlı Qüvvələrinin Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirlərinə.
    Qeyd: Müavinət yalnız əmək pensiyası hüququna malik olmayan şəxslərə müəyyən edilir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müavinət təyin edilir və ya təyin edilməsindən imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Müavinət, təqaüd və kompensasiya təyin olunması üçün şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və s.)
- Sənədin surəti (kağız formada)
Şəxsin əmək pensiyasına hüququnun olmaması barədə yaşayış yeri üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin məlumatı
- Kağız daşıyıcıda
Şəxsin rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəliyinin arayışı
- Kağız daşıyıcıda
Qəyyum və himayəçi olmasını təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
VƏ YA
Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə etibarnamə
- Sənədin surəti (kağız formada)
Müharibə veteranı vəsiqəsi (Müharibə veteranları üçün)
- Sənədin surəti (kağız formada)
Valideynlik hüququndan məhrum olma haqqında məhkəmənin qərarı
- Sənədin surəti (kağız formada)
Valideyn himayəsindən məhrum olma haqqında rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının sərəncamı (Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün)
- Sənədin surəti (kağız formada)
Müavinət almaq hüququ olan digər ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və ölüm haqqında şəhadətnamələr - şəhid ailəsi üzvləri üçün)
- Sənədin surəti (kağız formada)
Şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd (şəhid ailəsi üzvləri üçün)
- Kağız daşıyıcıda
Şəhid statusunu təsdiqedici sənəd (şəhid ailəsi üzvləri üçün)
- Kağız daşıyıcıda
Şəhidin ölüm haqqında şəhadətnaməsi (şəhid ailəsi üzvləri üçün)
- Sənədin surəti (kağız formada)
Valideynlərin ölüm haqqında şəhadətnamələri (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün)
- Sənədin surəti (kağız formada)
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Müraciətin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir. Müraciət poçtla edildikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı müraciətin daxil olduğu gündən ən geci 3 gün müddətində bu barədə ərizəçiyə məlumat göndərir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanında ən geci 10 gün müddətində müraciətlə bağlı Komissiya tərəfindən qərar qəbul olunur.
    Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Sosial Müavinət və təqaüdlər üzrə informasiya ehtiyatı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Ünvan: place AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Telefon: (99412) 596-5033
Faks: (99412) 596-5034
E-poçt: info@mlspp.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mlspp.gov.az/
VÖEN: 1700093011
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"
message