Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 20 təqvim günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Qanunverciliklə dövlət rüsumu xidmət haqqı müəyyən edilməmişdir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • DİN BDYPİ-nin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Kağız formada və sənədin skan edilmiş surəti
Avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
Avtonəqliyyat vasitəsinə texniki baxışın keçirilməsini təsdiq edən sənədin sürəti
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Şəxs ərizə formasını dolduraraq tələb edilən sənədlərlə birlikdə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə müraciət edir. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Avtotexniki müfəttişlik şöbəsinə ( bundan sonra ATMŞ ) ünvanlanır. Müraciicrası üzrə DİN BDYPİ-nin ATMŞ rəhbəri bilavasitə məsuliyyət daşıyır. Sənədlər DİN BDYPİ-nin ATMŞ-də baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə ərizəçiyə dərhal bildiriş göndərilir. Ərizəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda, habelə quraşdırılması nəzərdə tutulan avadanlığın nəqliyyat vasitəsinin texniki göstəricilərinə uyğunluğu müəyyən edildikdə, sorğuya baxılması davam edir və sorğu qeydiyyata alındığı tarixdən 20 gün ərzində nəqliyyat vasitəsinin avadanlıqla təchiz olunmasına razılıq verilməsi barədə qərar qəbul olunur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin "Mərkəzi İnformasiya Sistemi"
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


VÖEN: 1700215291
message