Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışın qeydiyyata alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vergi ödəyiciləri tərəfindən"Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın vergi orqanına təqdim edilməsini və qeydiyyata alınmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Rayon Vergilər Şöbələri
  • Vergi ödəyicilərinə xidmət mərkəzləri
  • Vergi risklərinin təhlili və nəzarəti departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
  • Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış" qeydiyyata alınır və bu barədə vergi ödəyicisinə məlumat (bildiriş) verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü Informasiya sistemi üzrə emal müddəti
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :

Şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə

Elektron müraciət edildikdə

Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Real vaxt rejimi:
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamentinin, müvafiq Ərazi Vergilər İdarəsinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıq İş Departamentinin, Vergi ödəyicilərinə xidmət strukturlarının (müvafiq idarə və şöbələr) və mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin inzibati binası

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər.

    İstifadəçilərin elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan Arayış formasını tərtib etmək və təsdiq etmək imkanı yaranır. "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın vergi orqanına təqdim edilməsi İnternet Vergi İdarəsi portalının "Onlayn kargüzarlıq" bölümü üzərindən aparılır. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədən
    "Kimə" siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

    "Müraciətin növü" siyahısından – "Cari vergi ödəmələrinin hesablanması barədə Arayış" seçilir

    Açılmış "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış" formasına məlumatlar daxil edilir

    "İrəli" düyməsi sıxılır və daxil edilmiş məlumatlara uyğun hazırlanmış arayış ekranda görünür

    Gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil olmuş vergi ödəyiciləri hazırlanmış Arayışı göndərmək üçün "İmzala və göndər" üyməsini sıxır. İstifadəçi kodu, parol, şifrə vasitəsilə sistemə daxil olmuş vergi ödəyiciləri isə "Qəbul" düyməsini sıxır.

    Arayış göndərildikdən sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində yeni nömrə ilə "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın qeydiyyata alınması barədə Bildiriş ekrana çıxır. Arayış rüb bitdikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq növbəti ayın 1-dən 15-dək göndərilə bilər.

    İstifadəçilər şəxsən və ya poçt xidməti vasitəsilə xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq strukturlarına müraciət edir. Müraciət əsasında aparılan araşdırmada imtina halları aşkar edilmədikdə vergi ödəyicisinə "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın qəbul edilməsi barədə məlumat verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 71-72 maddələrinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyət üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message