Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyətə lisenziya verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
Xidmətin məzmunu :
  • Hüquqi və fiziki şəxslər tərəfindən informasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyətə lisenziya verilməsi
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Müvafiq struktur bölmə
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyətə lisenziya
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 iş günü
Ödənişsiz :
Rüsum : 1100 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 2-ci hissəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə (1. ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı); 2. ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı; 3. tələbin qısa məzmunu; 4. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası; 5. hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü; 6. ərizəyə əlavə olunan sənədlərin siyahısı;)
- Kağız daşıyıcıda
ərizəçinin və ya fərdi əmək müqaviləsi əsasında cəlb edilmiş işçilərin əvvəllər ağır və ya xüsusilə ağır cinayət törətmiş və buna görə məhkum olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş, barəsində müəyyən fəaliyyətlə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılan şəxslər olmaması bərədə ərizəsində müvafiq qeyd
- Kağız daşıyıcıda
fəaliyyət növü ilə əlaqədar avadanlıq və texnologiyaların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (lisenziyanın verilməsindən imtina edilmədikdə)
- Kağız daşıyıcıda

- Kağız daşıyıcıda

- Kağız daşıyıcıda

- Kağız daşıyıcıda
ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa)
- Kağız daşıyıcıda
fəaliyyət növünü həyata keçirən ərizəçinin mütəxəssislərinin müvafiq ixtisaslarını, fəaliyyət növünün həyata keçirilməsi, təhlükəsizliyin və məxfiliyin təmin edilməsi üçün lazımi avadanlıqların mövcudluğunu və zəruri şəraitin olmasını təsdiq edən sənədlərin surəti;
- Kağız daşıyıcıda
layihələndirmə və ya istehsal zamanı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən texniki ekspertizanın həyata keçirilməsi üçün müvafiq vasitələrin təqdim olunması barədə zəmanət məktubu
- Kağız daşıyıcıda
dövlət orqanları üçün nəzərdə tutulmuş informasiya mühafizə vasitələrinin Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla layihələndirilməsi və istehsalı barədə zəmanət məktubu
- Kağız daşıyıcıda
fəaliyyətin təşkili üçün istifadə olunan vasitələr və qurğular üzrə ərizəçinin mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Ərizəçi ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə yazılı qaydada müraciət edir. Lisenziya almaq üçün təqdim edilən sənədlər DTX-da qəbul edilir və qeydiyyatdan keçirilir. Lisenziya verən dövlət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə məlumat verir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - Yaranan mübahisələrlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə inzibati qaydada şikayət verilə bilər. Şikayət kağız üzərində və ya elektron formada tərtib olunur. Kagız üzərində şikayət DTX-nin poçt ünvanına, elektron şikayət DTX-nin elektron poçt ünvanına göndərilir.
    - Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti


Ünvan: place AZ1006, Bakı şəhəri, Parlament pr. 14
Telefon: (012) 405-99-99
Faks: (012) 405-92-22
E-poçt: mektub@dtx.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.dtx.gov.az
VÖEN: 1700263751
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1 - 5-ci günləri (09:00-18:00), Nahar fasiləsi: 13:00-14:00
message