Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında əqdlərin təsdiqlənməsi üçün tələb olunan daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın qanunla müəyyən edilmiş şəxslərə verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : 10 AZN
Xidmət haqqı : 20 AZN
Ödənişlə bağlı qeyd : Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı - Qeyd 1. Göstərilən xidmətlər sifarişçinin müraciəti əsasında qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə), müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3, 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda 1,5 əmsalı tətbiq edilir. 
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsi; -“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi - Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarının II hissəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 11:00:00
İşin sona çatma vaxtı : 17:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Günlər : "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00
İşin sona çatma vaxtı : 20:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Günlər : Real vaxt rejimində
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları və "ASAN xidmət" mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Müşayət məktubu (dövlət orqanının blankında (dövlət orqanları tərəfindən müraciət edildikdə))
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə (Hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhrlə təsdiq edilir)
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
hüquq sahibinin adından ərizənin verilməsi səlahiyyətini təsdiq edən etibarnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Hüquq sahibinin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin skan edilmiş surəti (elektron qaydada müraciət edildikdə) və ya surəti (xidmət yerinə gəlməklə müraciət edildikdə və ya poçt vasitəsi ilə göndərildikdə)
Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd (əvvəllər yaranmış hüquqlara dair)
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Qeyd: daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncam verən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilir.
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi internet informasiya ehtiyatına müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. İmtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə Xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Onlar 1 (bir) iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra onlara 1 (bir) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra daşınmaz əmlakın dövlət reyestrindən arayış hazırlanır, notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edildikdən sonra hazırlanmış arayışın skan edilmiş surəti dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə və ya birbaşa istifadəçiyə təqdim edilir.

    Arayışın etibarlılıq müddəti 30 (otuz) gündür.
    Bələdiyyə torpaqlarının hərraca və ya müsabiqəyə çıxarılması üçün arayış hərrac və ya müsabiqənin aparılması üçün verilir və bu barədə arayışın xüsusi qrafasında qeyd olunur. Arayış qeydiyyata alındığı andan 45 (qırx beş) gün müddətində etibarlıdır.
    Arayış hazırlandıqdan sonra (hazırlanmanın son icra tarixindən etibarən) 1 (bir) ay müddətində götürülməzsə, arayış ləğv edilir və işə alınaraq arxivə təhvil verilir. Ərizəçi yeni arayış almaq üçün yenidən ərizə ilə müraciət etməlidir.
    Arayış yararsız hala düşdükdə (bu halda arayış onu verən İdarəyə qaytarılır) və ya itirildikdə hüquq sahibinin müraciəti əsasında yeni arayış tərtib edilir və üzərinə "DUBLİKAT" ştampı vurulur.
    Ərizəçi arayışın müddətini uzatmaq istədiyi halda arayışın etibarlılıq müddəti bitdikdən sonra 10 (on) iş günü müddətində arayış qaytarılır, dövlət reyestrində saxlanılan məlumatlarda dəyişiklik olmadığı halda 3 (üç) iş günü müddətində üzərinə "Vaxtı uzadılmışdır" sözləri və yeni qeydiyyat tarixi yazılıb möhürlə təsdiqlənərək 20 (iyirmi) gün müddətinə uzadılır. Arayışda göstərilən məlumatlarda dəyişiklik olarsa, arayışda müvafiq düzəlişlər edilərək möhürlə təsdiqlənir.
    Arayışın etibarlılıq müddəti yalnız bir dəfə uzadılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message