Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Veksellərə protestlərin tərtib edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Veksellərə protestlərin tərtib edilməsini əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Şəhər və rayon notariat kontorları
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Protest tərtib edilmiş veksel verilir, çeklər ödənilmək üçün təqdim edilir və çeklərin ödənilmədiyi təsdiq edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Dövlət rüsumu haqqında qanun 10 maddə
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri Şəhər və rayon notariat kontorlarında "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00 09:00:00 10:00:00
İşin sona çatma vaxtı : 17:00:00 19:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • - Şəhər və rayon notariat kontorları
    - "ASAN xidmət" mərkəzləri
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellər
- Kağız daşıyıcıda
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Notarius müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətlərin üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
    Qanunvericiliklə tələb olunan sənədlər, habelə aparılan notariat hərəkətinə görə tutulan rüsumun (haqqın) və göstərilən xidmətə görə alınan haqqın ödənilməsi barədə sənəd təqdim edildikdən sonra notarius tərəfindən təsdiq notariat hərəkəti aparılır, bu barədə notariat reyestrində qeyd edilir və sənəd aidiyyəti şəxsə təqdim olunur, müraciət etmiş şəxs isə sənədin alınması barədə notariat reyestrində imza edir.

    Notariuslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1032-1033-cü maddələrinə müvafiq olaraq ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protest verirlər.
    Ödənilməmiş veksellərə protestlər ödəyicisinin olduğu yer və ya ödəniş yeri (veksel) verənin yaşayış yerinə nisbətən başqa ödəniş yeri qeyd olunmuş veksellər, yeni üçüncü şəxsin yanında ödənilməli olan veksellər) üzrə, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protestlər isə ödəyicinin olduğu yer üzrə notarius tərəfindən aparılır.
    Ödənilməmiş veksellər protest verilməsi üçün veksel üzrə ödəniş tarixi keçdikdən sonra, ertəsi gün də notarius tərəfindən qəbul edilə bilər.
    Protest notarius tərəfindən tərtib edilməlidir.
    Protestdə aşağıdakı məlumatlar göstərilməlidir:
    - protest verən şəxsin adı;
    - protestin yönəldiyi şəxsin adı;
    - protestin yönəldiyi şəxsdən ödənişi həyata keçirmək və ya aksepti icra etmək barəsində xahişlər edilməsinin nəticəsiz qaldığı və ya onu yerində tapmağın mümkün olmadığı və ya protestin yönəldiyi şəxsin yaşayış yerini və ya olduğu yeri müəyyənləşdirməyin mümkün olmadığı;
    - nəticəsiz qalmış xahişin verildiyi və ya cəhdin edildiyi yer və gün.
    Veksellərə protest Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1032.2-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir.
    Notarius protesti imzalayır və köçürmə vekselinin arxa tərəfinə və ya ona qoşulmuş vərəqə şəxsi gerbli möhür vuraraq imzalayır.
    Əgər köçürmə vekselindən irəli gələn bir neçə tələb bir neçə şəxsə və ya eyni şəxsə qarşı irəli sürülməlidirsə, çoxsaylı tələblər üçün bir protest tərtib edilir.
    Notarius protestin bir surətini özündə saxlamalıdır.
    Bu surətdə aşağıdakılar göstərilməlidir:
    - veksel məbləği;
    - ödəniş müddəti;
    - protestin tərtib etdiyi yer və tarix;
    - veksel verənin, ödəyicinin adı, habelə ödəniş kimə və ya kimin sərəncamı ilə həyata keçirilməlidirsə, onun adı.
    Vekselin protest üçün qəbul edildiyi gün notarius ödəyiciyə və ya domisilianta (üçüncü şəxsin yanında ödənilməli olan vekseli ödəmiş şəxsə) ödəniş (və ya aksept) haqqında tələb verir.
    Ödəyici (domisiliant) vekseli ödəyərsə, notarius protest verməyərək vekseli onu ödəyən şəxsə qaytarır və vekselin özündə ödənişin və digər çatası məbləğlərin alınması haqqında müəyyən olunmuş formada qeyd yazır.
    Ödəyici köçürmə vekselində aksept haqqında qeyd etmişsə, veksel protest verilmədən veksel sahibinə qaytarılır.
    Vekseli ödəmək və ya aksept etmək barəsində ödəyicidən (domisiliantdan) imtina cavabı alındıqda və ya o, notariat kontoruna gəlmədikdə, notarius ödənilməyə və ya aksept edilməməyə protest haqqında müəyyən olunmuş formada akt tərtib edir və reyestrdə müvafiq qeyd edir, habelə vekselin özündə ödənilməməyə və ya aksept olunmamağa protest haqqında qeyd yazır.
    Ödəyicinin yeri məlum deyildirsə, vekselə protest vekselin ödənilməsi və ya aksept edilməsi haqqında tələb verilmədən, protest haqqında aktda və reyestrdə qeyd yazılmaqla verilir.
    Barəsində protest verilmiş veksel sahibinə və ya onun vəkil etdiyi şəxsə verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - "Notariat haqqında” Qanunun 14-cü maddəsinə əsasən notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını təmin edir, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab verir və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görür.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message