Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasında vətəndaşlığın əldə edilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında vətəndaşlığın əldə edilməsi və ya vətəndaşlığın verilməsindən imtina edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və müvafiq Regional Miqrasiya İdarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi (Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barəsində müvafiq sərəncam verilir) və Azərbaycan Respublikası vətəndaşlığının verilməsindən imtina edilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 6 ay
Ödənişsiz :
Rüsum : 110 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.14-ci maddəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və müvafiq regional miqrasiya idarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri (bölmələri)
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Elektron qaydada və ya kağız formada
Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir
- Elektron qaydada və ya kağız formada
4 ədəd 3x4 sm ölçüdə fotoşəkil
- Elektron qaydada və ya kağız formada
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Elektron qaydada və ya kağız formada
Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (ünvanlı dövlət sosial yardım alınması haqqında arayış)
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (pensiya alınması haqqında arayış)
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (təqaüd alınması haqqında arayış)
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı)
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aliment alınması haqqında arayış)
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (himayəsində olduğu şəxsin gəliri haqqında arayış)
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd ("Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti)
- Elektron qaydada və ya kağız formada
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (iş yerindən arayış)
- Elektron qaydada və ya kağız formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Baş idarəyə təqdim edilir.
    Sənədlərə Baş idarədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
    İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
    İstifadəçi tərəfindən göndərilən ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Xidmət tərəfindən yoxlanılır.
    Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsi elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə , Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti hər biri 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir. Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Xidmət əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Komissiyada baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir və bu barədə istifadəçiyə məlumat verir.
    Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə müvafiq sərəncam verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.
    "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti


Ünvan: place AZ-1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202
Telefon: Çağrı Mərkəzi: (+994 12) 919 Tel: (+994 12) 565 61 18 (+994 12) 565 61 19 (+994 12) 565 61 20 (+994 12) 565 61 21 (+994 12) 565 61 22
Faks: (+994 12) 562 37 02
E-poçt: info@migration.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.migration.gov.az
VÖEN: 1700760271
Ödəmə rekvizitləri: Dövlət Miqrasiya Xidmətinin xeyrinə ödənilən dövlət rüsumlarının bank rekvizitləri:
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti
Hesab: AZ17CTRE00000000000002117131
VÖEN: 1602473621
Büdcə təsnifatının kodu: 142233 (MYİ, DYİ vəsiqələri və MOM qərarları və Qaçqın vəsiqəsi)
142234 (Vətəndaşlığa qəbul və bərpa , vətəndaşlıqdan çıxma)
142274 (İş icazələri)
Büdcə səviyyəsinin kodu: 1


Dövlət Miqrasiya Xidmətinə ödənilən cərimə ödənişlərinin bank rekvizitləri:
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Dövlət Miqrasiya Xidməti
Hesab: AZ58CTRE00000000000004518501
VÖEN: 1700760271
Büdcə təsnifatının kodu: 143170
Büdcə səviyyəsinin kodu: 7


Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin ödəmə rekvizitləri;
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Hesab: AZ40CTRE00000000000004878501
VÖEN: 1701393691
Büdcə təsnifatının kodu: 142233 (MYİ, DYİ vəsiqələri və MOM qərarları və Qaçqın vəsiqəsi)
142234 (Vətəndaşlığa qəbul və bərpa , vətəndaşlıqdan çıxma)
142274 (İş icazələri)
Büdcə səviyyəsinin kodu: 7


Digər ödənişlərin bank rekvizitləri;
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Dövlət Miqrasiya Xidməti
Hesab: AZ38CTRE00000000000004518570
VÖEN: 1700760271
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5 günləri, 09:00:00-18:00:00 919-Miqrasiya Məlumat Mərkəzi.
message