Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Borc haqqında məlumatın və borc olmaması haqqında arayışın verilməsi


Dövlət orqanı :
  • Azərsu ASC
Xidmətin məzmunu :
  • Abonentlərə borcları haqqında məlumatın və borcun olmaması haqqında arayışın verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Abonent borcu haqqında məlumat əldə edir və ya borcunun olmaması haqqında arayış alır
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 3 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 17:00
Günlər : Azərsu ASC-nin su kanal idarələri 1-5-ci günlər
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 17:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Günlər : Azərsu ASC-nin su kanal idarələri 6-cı günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 15:00
Günlər : "Asan Kommunal" mərkəzləri 1-5 ci günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 20:00
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 20:00
Günlər : "Asan Kommunal" mərkəzləri 1-5 ci günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 20:00
Xidmətin göstərilmə yeri :
  • “AZƏRSU” ASC-nin sukanal idarələri
    “ASAN Kommunal” mərkəzləri
    “ASAN xidmət” mərkəzləri
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
- Elektron və ya kağız formada
Sayğacın nömrəsi və ya Abonent kodu
- Elektron və ya kağız formada
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Borcu haqqında məlumat almaq üçün abonent və yaxud nümayəndəsi müvafiq struktur vahidinə yaxınlaşır və müqavilə nömrəsi və ya abonent kodu məlumatlarından hər hansı birini təqdim edir. Operator abonent bazasında olan məlumatlar əsasında borcu haqqında məlumat verir və ya abonentin istəyilə borc bildirişini çap edib təqdim edir. Telefon vasitəsilə müraciət etdikdə şifahi formada məlumat verilir. Yazılı müraciət etdiyi təqdirdə isə borcu barədə yaşadığı ünvana yazılı məlumat göndərilir. Əhali abonentləri azersu.az saytından borcları barədə məlumat əldə edə bilər.
    Borcun olmaması haqqında arayış almaq üçün abonent və yaxud nümayəndəsi müvafiq struktur vahidinə yaxınlaşır, müvafiq sənədləri təqdim edir, sənədlər əsasında operator baza məlumatları əsasında abonentin cari günə borcunu araşdırır, sayğacın göstəricisinə əsasən son hesablaşma aparır. Abonent sayğacın son göstəricisini təqdim etmədikdə sayğaca son baxış müddətindən abonentin müraciət etdiyi günədək yaranmış borc, orta aylıq sərfiyyata uyğun hesablanır. Abonent tərəfindən borc tam ödənildikdən sonra sistem üzərindən borcun olmaması barədə arayış çap edərək operator və Müştəri xidmətləri şöbəsinin rəisi tərəfindən imzalanır və abonentə təqdim edilir. Abonent tərəfindən təqdim olunan sayğac göstəricisi əvvəlki sayğac göstəriciləri üzrə baza məlumatları ilə uyğunsuzluq təşkil edərsə (yüksək sərfiyyat və ya aşağı göstərici) abonentin sayğac göstəricilərinin dəqiqləşdirilməsi üçün sistem üzərindən iş əmri yaradılır, növbəti iş gündən gec olmayaraq “Azərsu” ASC-nin aidiyyəti Sukanal İdarəsinin əməkdaşı tərəfindən ünvanda sayğaca baxış keçirilir. Sayğacın dəqiqləşdirilmiş göstəricisinin bazaya işlənməsi Sukanal İdarəsinin operatoru tərəfindən təmin edilir. Yeni göstərici əsasında abonentlə son hesablaşma aparılır. Borc ödənildikdən sonra arayış (qeyri-əhalidə üzləşmə aktı) verilir.
    Əhali abonentləri e-gov.az saytından borcun olmaması barədə arayış əldə edə bilər.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Borcla əlaqədar müraciətlər araşdırılaraq “Azərsu” ASC- nin İstehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyasında baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Abonentlərin informasiya bazası
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Abonent İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərsu ASC


Ünvan: place Moskva prospekti 67, AZ 1012 Bakı,
Telefon: (+99412) 431-47-67/87
Faks: (+99412) 430-28-87
E-poçt: office@azersu.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.azersu.az/
VÖEN: 9900001751
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message