Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatının verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 3 iş günü
Ödənişsiz :
Rüsum : 20 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI   Q Ə R A R №09   Bakı şəhəri,                                                               24 noyabr 2011-ci il   İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən  göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə           Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR: 1. İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən laboratoriya, məsləhət və ekspertiza xidmətlərinin tarifləri aşağıdakı kimi təsdiq edilsin:   Sıra №-si Xidmətlərin adı Tariflər (ƏDV ilə, manatla) I. Laboratoriya xidmətləri 1. Taxıl və yeyinti məhsullarında göstəricilərin təyini (hər maddə üzrə bir analiz üçün)   1.1. Orqanoleptik 2,0 1.2. Fiziki 4,0 1.3. Kimyəvi 8,0 2. Taxıl və yeyinti məhsullarında toksiki göstəricilərin təyini (bir analiz üçün)   2.1. Ağır metallar (Cu, Zn, Pb, Fe, Ni, Cr, Co, Hg, Cd, As, Sn, Mn) (hər maddə üzrə)   20,0 2.2. Biotoksinlər (DSP, PSP,ASP) (hər maddə üzrə) 25,0 2.3. Nistamin 50,0 2.4. Nitrozaminlər (TVB-N, TMA-N) (hər maddə üzrə) 40,0 2.5. Pestisidlər 60,0 2.6 Mikotoksinlər   2.6.1.   Aflatoksin B1, B2,G1,G2,M1, zearalenon, ochratoxin A, dezoksinivalenol, T-2 toksin (hər maddə üzrə) 70,0 2.7. Patulin 70,0 2.8. Benzopiren 50,0 2.9. Dioksinlər 50,0 2.10. Antibiotiklər 40,0 2.11. Nitrat və nitritlər 30,0 2.12. Metanol, sivuş yağları, aldehidlər, mürəkkəb efirlər (hər maddə üzrə) 45,0 2.13. Testesteron, DES, metiltestesteron, progestesteron (hər maddə üzrə) 20,0 3. Taxıl və yeyinti məhsullarında radioloji göstəricilərin (sezium, stronsium) təyini (hər maddə üzrə bir analiz üçün) 50,0 4. Taxıl və yeyinti məhsullarında mikrobioloji göstəricilərin təyini (bir analiz üçün)   4.1. Mezofil aerob və fakültativ anaerob mikroorqanizmlər, süd turşulu mikroorqanizmlər (hər maddə üzrə) 20,0   4.2.   BÇBQ (koliforma, kolindeks), proteus, kif və maya göbələkləri, bacillus cereus bakteriyaları, sulfit reduksiyaedici bakteriyalar, kartof çöpləri (hər maddə üzrə) 20,0 4.3. Eneterokokk, P.aeuruginosa, L.monocitogenes, fekal koliform, xloramfenikol (hər maddə üzrə) 20,0 4.4. V.parahaemolytics 25,0 4.5. Staphylococcus aureus 25,0 4.6. Ümumi əsaslı uçucu azot (TVB-N) 25,0 4.7. Patogen mikroorqanizmlər, o cümlədən salmonellalar 30,0 4.8. Sərbəst və ümumi kükürd turşuları 30,0 4.9. Sənaye sterilliyi 40,0 4.10. Sorbin turşusu 60,0 4.11. Bor turşusu 20,0 4.12. Klostridium perfingens 45,0 5. Suda kationların (Li+, Na+, K+, NH4+, Mg2+, Ca2+), anionların (Cl-, P043-, N03-, N02-, SO42-, F-, Br-) təyini (hər qrup maddə üzrə bir analiz üçün) 50,0 II. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətləri 1. Kənd təsərrüfatı məhsulları (çəkiyə görə)   1.1. 10 tona qədər 9,0 1.2. 10 tondan 50 tona qədər 20,0 1.3. 50 tondan 100 tona qədər 30,0 1.4. 100 tondan 200 tona qədər 40,0 1.5. 200 tondan 500 tona qədər 90,0 1.6. 500 tondan yuxarı 170,0 2. Yeyinti məhsulları (çəkiyə görə)   2.1. 10 tona qədər 9,0 2.2. 10 tondan 50 tona qədər 20,0 2.3. 50 tondan 100 tona qədər 30,0 2.4. 100 tondan 200 tona qədər 40,0 2.5. 200 tondan 500 tona qədər 90,0 2.6. 500 tondan yuxarı 170,0 3. Sənaye malları (çəkiyə görə)   3.1. 10 tona qədər 20,0 3.2. 10 tondan 50 tona qədər 30,0 3.3. 50 tondan 100 tona qədər 50,0 3.4. 100 tondan 200 tona qədər 90,0 3.5. 200 tondan 500 tona qədər 110,0 3.6. 500 tondan yuxarı 170,0 4. Kimya sənayesi və neft məhsulları (hər bir ton üçün) 1,0  5. Maşın və avadanlıqlar (dəyərə görə)   5.1. 20 min manata qədər 45,0 5.2. 20 min manatdan 50 min manata qədər 95,0 5.3. 50 min manatdan 75 min manata qədər 145,0 5.4. 75 min manatdan 100 min manata qədər 195,0 5.5. 100 min manatdan yuxarı 245,0 6. Taxta və meşə materialları (həcmə görə)   6.1. 30 m3-ə qədər 150,0 6.2. 30 m3-dən 60 m3-ə qədər 200,0 6.3. 60 m3-dən yuxarı 250,0 7. Xam neft (hər bir sertifikat üçün keçirilən ekspertizaya görə) 2300,0 9. Təbii qaz (1 mln. m3 üçün) 280,0 10. Elektrik enerjisi (1 mln. kvt/s üçün) 225,0 11. Qara metal (1 ton üçün) 0,04 12. Əlvan metal (1 ton üçün) 2,0 13. Əlvan metal birləşmələri (oksidlər, hidroksidlər, peroksidlər) (1 ton üçün) 0,5 14. İstehsalat və məişət tullantıları (1 ton üçün) 1,0 III.  Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrində təsdiqedici kod nömrəsinin verilməsi məqsədi ilə ekspertizanın keçirilməsi (bir ekspertiza üçün) 430,0 IV. Müraciət əsasında Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrində qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi ilə bağlı planların hazırlanması və məsləhət xidmətlərinin göstərilməsi (istehsal və ya emal olunan bir məhsul növü üzrə) 2800,0     Tarif (qiymət) Şurasının “İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərə mənşə sertifikatının verilməsi tariflərinin tənzimlənməsi barədə” 30 aprel 2008-ci il tarixli 3 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir.   Dəyişiklik: Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 26 aprel 2013-cü il tarixli 2 nömrəli Qərarı (Bu Qərara əsasən edilmiş dəyişikliklər 01.05.2013 tarixdən qüvvəyə minir).   Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri                                             Şahin Mustafayev
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 30.1.4-cü maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Mənşə sənədi
- Sənədin skan edilmiş surəti
Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti
Uyğunluq sertifikatı
- Sənədin skan edilmiş surəti
Gigiyenik sertifikatı
- Sənədin skan edilmiş surəti
Alqı-satqı müqaviləsi (kontraktı)
- Sənədin skan edilmiş surəti
İxrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun verilən baytarlıq şəhadətnaməsi
- Sənədin skan edilmiş surəti
İxrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun verilən fitosanitar sertifikatı
- Sənədin skan edilmiş surəti
Ovlanmış heyvanlara müvafiq orqanın icazəsi
- Sənədin skan edilmiş surəti
Ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd
- Sənədin skan edilmiş surəti
Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlər
- Sənədin skan edilmiş surəti
İxrac ediləcək məhsula dair hesab-faktura (invoys)
- Sənədin skan edilmiş surəti
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Sənədin skan edilmiş surəti (bank vasitəsilə ödəmə həyata keçirildikdə) və ya elektron (onlayn ödəmə həyata keçirildikdə)
Keyfiyyət sertifikatının alınması üçün ərizə
- Sənədin skan edilmiş surəti
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və müvafiq sənədlərin surətləri ilə birlikdə təqdim edilir. Sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Dövlət Xidmətinə göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 2.7-ci bəndində göstərilən şərtlər yerinə yetirilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Keyfiyyət sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan sonra istifadəçi təkrar sorğu ilə müraciət edə bilər. Sorğuda və ona əlavə edilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə onlar sertifikat veriləcək məhsulun ekspertizasının keçirilməsi üçün 1 gündən gec olmayaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur. Məhsulun ekspertizası üçün analiz götürülür və ekspertiza aparılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. İmtina üçün əsas olmadıqda, keyfiyyət sertifikatının verilməsi haqqında qərar qəbul edilir. Keyfiyyət sertifikatının verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra sertifikat blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir. İstifadəçi keyfiyyət sertifikatı verilərkən uyğunluq sertifikatın, gigiyenik sertifikatın, alqı-satqı müqaviləsinin (kontraktı), ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd, Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlərin və ixrac ediləcək məhsula dair hesab-fakturanın (invoys) əslini Dövlət Xidmətinə təqdim edir. Təqdim olunan sənədlərin əsli surəti ilə uyğunluğu müəyyən edildikdən sonra ərizəçiyə qaytarılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər keyfiyyət sertifikatının verilməsi barədə qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Hökumət Ödəniş Portalı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi


Ünvan: place Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84
Telefon: (012) 493-8867
Faks: (012) 492-5895
E-poçt: office@economy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.economy.gov.az
VÖEN: 1700012751
Ödəmə rekvizitləri: Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİKT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Fasilə 13:00-14:00-dək.
message