Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Tikintiyə icazə verilməsi


Dövlət orqanı :
  • Şəmkir Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintiyə icazənin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Quba RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Obyektin Tikintisinə İcazə
  • Tikintiyə icazə barədə Xüsusi Nişan
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 3 ay
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Qanunvericilikdə xidmətin göstərilməsi ilə bağlı dövlət rüsumu müəyyənləşdirilməmişdir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Tikinti layihəsi
- Poçt vasitəsi ilə və ya şəxsən
Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
VƏ YA
Torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənədin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
VƏ YA
Torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
Bakı ŞİH başçısının adına ərizə
- Poçt vasitəsi ilə və ya şəxsən
Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Sifarişçi tikintiyə icazə almaq üçün İcra Hakimiyyətinə ərizə ilə müraciət edir. Ərizəyə müvafiq sənədləri əlavə edir.
    - Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə,o cümlədən ərazillərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.
    -Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərinin (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətinə əsaslandırılmış cavab veilməlidir.
    -Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur.
    - Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı ( Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) iradların olmaması prezumpsiyasından çıxış edir.
    - Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 gün müddətində baxır və tikintiyə icazə verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
    - Sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.
    - Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəylər nəzərə alınmaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı ( Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulur.
    - Tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, xüsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı ( Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
    - Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur.
    -Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (yerli icra hakimiyyəti orqanında ) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının apardığı obyektlərin tikinti layihəsinə də şamil edilir.
    -Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı ) icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətinə baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Şəmkir Rayon İcra Hakimiyyəti


Ünvan: place M.Ə.Sabir küçəsi №15
Telefon: (+994 22) 305-33-63
Faks: (+994 22) 305-30-94, 305-33-72
E-poçt: mail@shamkir-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://shamkir-ih.gov.az/
VÖEN: 8500207251
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin bazar ertəsi - cümə günləri, saat 9-00-dan 18-00-dək
message