Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə xüsusi sənədin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində şəxsiyyətini təsdiq edən sənəd
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün 30 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur 6 AZN
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarında daimi yaşayam 16 yaşına çatmamış Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinə görədövlət rüsumu ödənilmir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinə görə 6 manat məbləğində dövlət rüsumu ödənilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Kağız daşıyıcıda
Doğum haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
Qan qrupu, gözlərinin rəngi və boyu haqqında tibbi arayış
- Kağız daşıyıcıda
Qan qrupu haqqında tibbi arayış
- Kağız daşıyıcıda
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil
- Sənədin əsli
Qanuni nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan hər bir şəxsə 16 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsinin verilməsi barədə onun qanuni nümayəndəsinin Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 3 saylı Əlavədə nəzərdə tutulan forma üzrə doldurulmuş müvafiq ərizə-anketi əsasında bu barədə müraciət olunduğu vaxtdan bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
    Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə onun özü və valideynlərindən biri və ya qanuni nümayəndəsi tərəfindən imzalanır.
    Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaş vətəndaşlığı olmayan şəxsə növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə həmin şəxsdən qanunvericiliklə müəyyən edilmiş sənədləri tələb etməlidir. Bu zaman o:
    16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsin doğum haqqında şəhadətnaməsini və qan qrupu haqqında tibbi arayışı;
    16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsin qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayışı;
    şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikah haqqında şəhadətnaməni, lazım olarsa, qanuni nümayəndələrinin hüquqlarını təsdiq edən sənədi nəzərdən keçirir.
    16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsindən ötrü bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri ərizə və qanunvericilikdə nəzərdə tutulmuş başqa sənədlərlə birlikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
    Fotoşəklin kağızının keyfiyyəti, ölçüsü və ona dair digər texniki tələblər barədə məlumat şəxsiyyət vəsiqəsini verən müvafiq icra hakimiyyəti orqanının binasında görünən yerdə asılmalıdır.
    Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək onları kompüter sisteminə daxil edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
    Vətəndaşlığı olmayan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci bir ay keçənədək onun yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanının rəhbəri şəxsiyyət vəsiqəsinin verilməsini təmin etməlidir və buna görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


VÖEN: 1700215291
message