Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələri nümayəndələrinin (müxbir və operatorlarının) akkreditasiyası və onların Azərbaycan Respublikasında peşə fəaliyyətini həyata keçirməsinin təmin edilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Mətbuat Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Diplomatik poçt vasitəsilə məlumatlandırma
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Akkreditasiyanın (qeydə alınmanın) həyata keçirilməsi və müvafiq olaraq akkreditə kartının verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirlir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Müraciət elektron qaydada təqvimin bütün günlərində qəbul edilir. Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Xarici KİV nümayəndələrinin ərizə-anketi
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xarici KİV nümayəndələrinin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərinin XİN-ə müraciət məktubu
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xarici KİV nümayəndələrinin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərini əvəz edən şəxsin XİN-ə müraciət məktubu
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xarici KİV nümayəndələrinin digər sərhədkeçmə sənədlərinin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xidməti vəsiqənin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xarici KİV nümayəndələrinin pasportunun surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xarici KİV nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdırsa Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
İki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Tərcümeyi-hal
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Xarici KİV nümayəndələrinin akkreditəsi üçün tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər.
    - Xidmətin yuxarıda qeyd edilən üsullarla göstərilməsi üçün inzibati proseduralar:
    Sorğunun formalaşdırılması: Elektron xidmət istifadə olunursa ərizə xidmətin təqdim edildiyi internet ünvanında real vaxt rejimində doldurulur və tələb olunan sənədlərdən (müraciət məktubu, pasportun surəti, fotoşəkil, tərcümeyi-hal) ərizəyə əlavə eilərək həmin internet ünvanına təqdim edilir. Digər üsullar istifadə olunursa, tələb edilən bütün sənədlər kağız daşıyıcılarda XİN-ə, diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
    Sorğunun qəbulu: Elektron xidmətdə sorğu təqdim olunduğu internet ünvana, digər hallarda müvafiq quruma daxil olduğu gün qeydiyyata alınır. Elektron xidmətdə sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
    Xidmətin göstərilməsi və ya imtina edilməsi:
    - İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) və ya aşağıda qeyd edilən digər imtina halları aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçiyə məlumat verilir.
    Sorğunun icrası:
    - Xarici müxbirlərin akkreditasiyası üçün təqdim edilən sənədlər Nazirliyin Mətbuat Xidmətinin məsul əməkdaşı tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsindən asılı olaraq, sorğunun icraya qəbul olunması və ya icradan imtina edilmsəinə dair qərar qəbul olunur. Sorğu icraya qəbul olunduğu təqdirdə, həmin sorğuda qeyd olunan məlumatlar əsasında araşdırmalar aparılır. Təqdim edilən məlumatların yoxlanılması məqsədi ilə müvafiq dövlət orqan(lar)ına sorğular göndərilir. Sorğunun icrası üçün Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri və ya onu əvəz edən şəxs məsuliyyət daşıyır.
    - Sorğu qəbul olunduqdan sonra icraya yönəldilməsi barədə istifadəciyə dərhal bildiriş (elektron xidmətdən istifadə olunubsa) göndərilir. İstifadəçi tərəfindən göndərilən sənədlərdə imtina üçün əsas olmayan çatışmazlqılar aşkar edildikdə, çatışmazlıqların aradan qaldırılması barədə istifadəçiyə dərhal məlumat verilir. Aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. Xarici müxbirin akkreditə edilməsi barədə qərar qəbul edildikdə, Nazirliyin Mətbuat Xidməti tərəfindən xarici müxbirə bu məqsədlə veriləcək akkreditə kartının hazırlanması, verilməsi və qeydiyyata alınması təmin edilir. Akkreditə edilməsi sorğu olunan xarici müxbirlə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 18 mart tarixli Q/04-15 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları"nın 2.8 bəndində qeyd olunan hallar müəyyən edildiyi təqdirdə həmin xarici müxbirin akkreditə edilməsindən imtina olunur. Sorğunun baxılmasının nəticəsi barədə istifadəçiyə məlumat verilir. Xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti 30 (otuz) gündən artıq olmamalıdır.
    - Araşdırmaların nəticəsindən asılı olaraq, xarici müxbir akkreditə edildikdə, istifadəçiyə akkreditə kartının verilcəyi yer və tarix barədə məlumat verilir. Akkreditə edilmiş xarici müxbirlər akkreditə kartının Nazirlikdən şəxsən təhvil alırlar. Akkreditə edilmədən imtina olunduğu hallarda imtinanın səbəbləri barədə istifadəçiyə məlumat verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


Ünvan: place Bakı şəhəri, Şıxəli Qurbanov küç., 50
Telefon: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-poçt: secretariat@mfa.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mfa.gov.az
VÖEN: 1300382431
Ödəmə rekvizitləri: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı
kod: 805722
VÖEN: 9900001881
Müxbir hesab: 137010002944
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bayram, şənbə və bazar günləri istisna olmaqla, həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
message