Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Şuşa rayon Vergilər Şöbəsi
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
  • Zəngilan rayon Vergilər Şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • Onlayn kargüzarlıq vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vergi ödəyicisi Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satıcı qismində qeydiyyata alınır və ona bu barədə Bildiriş verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri müqavilənin bağlanması, stikerlə təchiz edilməsi, proqram təminatının quraşdırılması: vergi öhdəliklərinin icrasına nəzarət strukturları (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır).
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə
- Elektron (onlayn müraciət edildikdə) və ya kağız formada (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • ƏDV-nin qaytarılması şərti ilə malların satışı vergi orqanı tərəfindən satıcı qismində qeydiyyata alınmış ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata keçirilir. Satıcı aşağıdakı tələblərə cavab verməlidir:
    1. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir;
    2. pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır;
    3. pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinə (obyektinə), həmin təsərrüfat subyektində (obyektində) vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına və işlək vəziyyətdə olan Pos-terminala malik olmalıdır;
    4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmamalıdır.
    ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edir. Vergi orqanı müraciət edən vergi ödəyicisinin məlumatlarının yuxarıdakı tələblərə uyğunluğunu yoxlayır. Ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması üçün vergi ödəyicisinə bildiriş təqdim edir (və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir). Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilir. Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edə bilər. Vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınır və ona bu barədə təsdiqedici sənəd təqdim edilir.


    Vergi ödəyicisi ƏDV-nin qaytarılması şərti ilə satıcı qismində qeydiyyata alındıqdan sonra operator və satıcı arasında forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş xidmət müqaviləsi bağlanır. Satıcı satış nöqtələrində ƏDV-nin qaytarılması şərti ilə malların satışı zamanı e-VHF-nin çap edilməsinə imkan verən proqram təminatı və texniki avadanlıqların operator tərəfindən quraşdırılmasına şərait yaratmalıdır. Xidmət müqaviləsi bağlandıqdan sonra 10 iş günü müddətində operator satıcıya məxsus ərizədə göstərilən təsərrüfat subyektini (obyektini) zəruri avadanlıq, proqram təminatı və stikerlərlə təchiz edir və bu barədə akt tərtib edilir.

    Satıcının yeni təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçdikdə, həmin təsərrüfat subyekti (obyekti) üzrə satıcı tərəfindən ƏDV-nin qaytarılması şərti ilə malların satışının həyata keçirilməsi üçün yenidən ərizə ilə müraciət edilir. Vergi ödəyicisinin satıcı qismində qeydiyyatına aşağıdakı hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən və ya məhkəmə qaydasında xitam verilir:
    1. fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduqda;
    2. vergi orqanına təqdim olunmuş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar və ziddiyyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;
    3. satıcı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə və qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındıqda;
    4. satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyekti (subyektləri) ləğv edildikdə;
    5. satıcının ƏDV qeydiyyatı ləğv edildikdə;
    6. satıcı tərəfindən texniki nasazlıq bərpa olunduqdan dərhal sonra aparılmış əməliyyatlar üzrə e-VHF tərtib edilib və həmin məlumatlar real vaxt rejimində vahid məlumat bazasına ötürülmədikdə;
    7. satıcı sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya bu fəaliyyətə qanunla müəyyən edilmiş qaydada xitam verildikdə;
    8. vergilər, faizlər və vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borc məbləği 30 təqvim günü müddətində ödənilmədikdə və bununla bağlı məhkəməyə şikayət verilmədikdə;
    9. bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
    10. bu barədə satıcının müraciəti olduqda.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message