Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Dini qurumlarla iş üzrə şöbə
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy (müsbət və ya mənfi) verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 40 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Ödənişsizdir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5 günləri (kağız daşıyıcıda müraciətlər üçün) Elektron qaydada həftənin bütün günləri
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Dini ibadət yeri yenidən qurularkən (bərpa və ya əsaslı təmir edilərkən) onun ünvanını təsdiq edən sənədin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dini ibadət yeri tikilərkən, onun tikintisi üçün ayrılmış torpaq sahəsinin müvafiq sənədinin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizəçivergi ödəyicisi olan fiziki şəxs olduqda vergi orqanlarında uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti və onun şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizəçi (ərizəçilər) vergi ödəyicisi olmayan fiziki şəxs olduqda onun (onların) şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Obyektin planı, inşaat pasportu, görüləcək işlərə dair çertyojlar, layihə-smeta sənədləri, mühəndis kommunikasiyaları xətlərinə qoşulmanın texniki şərtləri
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) maliyyə mənbələri haqqında məlumat
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizəçi (ərizəçilər) hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizə
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün Şura yaradılır.
    - Şuranın iclasına yerli İcra Hakimiyyəti orqanının, yerli özünüidarəetmənin və müvafiq dini qurumun nümayəndələri dəvət edilə bilər.
    - Rəy almaq üçün müraciət etmiş şəxsə, bir qayda olaraq, 40 gün ərzində cavab verilir.
    - Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılması üçün ərizəçiyə (ərizəçilərə) əlavə olaraq 20 gün müddət təyin edilir.
    - Göstərilən müddətlər ərzində (60 gündən çox olmayaraq) DQİDK təqdim edilmiş sənədlərin qanunvericilik aktlarına və "Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında Təlimat"-a uyğunluğunu yoxlayır, Şuranın iclasını çağırır, lazım gəldikdə obyektə baxış keçirir və ərizəçiyə (ərizəçilərə) cavab göndərir.
    - Şura iş planı, layihə və digər müvafiq sənədlər əsasında obyektin dinimemarlıq ekspertizasını keçirir.
    - Dini memarlıq ekspertizasının nəticələri əks olunmuş sənədlər Şuranın rəhbərinə təqdim edilir.
    - DQİDK-nin rəyi onun sədrinin müvafiq sərəncamı ilə təsdiq edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
    - Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi


Ünvan: place AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi , 12
Telefon: (012) 437-31-15
Faks: (012) 492-93-33
E-poçt: press@scwra.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.scwra.gov.az
VÖEN: 1700272511
Ödəmə rekvizitləri: Bank rekvizitləri: DQİDK-nin VÖEN-i: 1700272511.
B1. Benifisiar (alan) bank
1. Adı:Dövlət Xəzinədarlıq Agentliyi
2. Kodu: 210005
3. VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T: CTREAZ22
B2. Alan müştəri
1. Adı: Bakı şəhəri Vergilər Departamenti
2. Hesab №: AZ17CTRE00000000000002117131
3. VÖEN: 1400305751
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. Qaynar Xətt: (012) 437-31-15
message