Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vergi bəyannamələrinin (Sadələşdirilmiş vergi bəyannaməsi istisna olmaqla) vergi orqanına təqdim edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək və ya kağız daşıyıcıda vergi orqanına təqdim edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Vergi ödəyicilərinə xidmət mərkəzləri
  • Vergi risklərinin təhlili və nəzarəti departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
  • Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vergi bəyannamələri tərtib edilərək təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 gün Informasiya sistemi üzrə emal müddəti
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :

Şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə

Elektron müraciət edildikdə

Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Real vaxt rejimi:
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Mili Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıq İş Departamentinin, Ərazi Vergilər Departamentlərinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Vergi ödəyicilərinə xidmət mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Vergi bəyannamələri
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmətin istifadəçilərinin Bəyannamə Tərtibatı Proqramı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi bəyannaməni elektron formada tərtib edir və sistemə daxil olduqda həmin bəyannaməni vergi orqanına təqdim etmək imkanı yaranır. İstifadəçi Bəyannamə Tərtibatı Proqramını (BTP) aşağıdakı elektron ünvandan kompyuterinə yükləyir:
    - https://www.e-taxes.gov.az/dispatcher?menu=ebyn&submenu=1&nav=ebyn.
    - Yüklənmiş BTP proqramı işə salınaraq "Fayl" sətrindən "Yeni" düyməsi sıxılır. Açılmış pəncərədən tərtib olunacaq bəyannamə, hesabat və ya arayış seçilir və "Qəbul" düyməsi sıxılır. Ekranda açılmış bəyannamə, hesabat və ya arayış formasına müvafiq məlumatlar daxil edilərək yenidən "Fayl" sətrindən "Qeyd et" düyməsi vasitəsi ilə açılmış bəyannamə, hesabat və ya arayış yaddaşa salınır.
    - Daha sonra BTP proqramının "Paketlə" sətrindən "Paketlə" düyməsi sıxılır.
    - Açılmış pəncərədən müvafiq bəyannamə, hesabat və ya arayışlar (bir vəya bir neçəsi) seçilərək "Bəyannaməni paketə əlavə et" düyməsi sıxılır.
    - Paket faylının adı daxil edildikdən sonra "Paketlə" düyməsi sıxılaraq paket faylı yaradılır.
    - Daha sonra İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən açılan pəncərədən:
    -"e-Bəyannamə"siyahısından "Paket göndər" seçilir.
    - Açılan pəncərədən "Obzor"düyməsi vasitəsi ilə göndəriləcək paket seçilir və "Göndər" düyməsi sıxılır.
    - Yüklənmiş bəyannamə, hesabat və ya arayışların sistem tərəfindən avtomatik yoxlanılması üçün – "Yoxla" düyməsinə basılır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses yenidən həyata keçirilir.
    - Bəyannamədə səhv tapılmadıqda "təsdiq et" düyməsi sıxılır
    - Təsdiqdən sonra vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır. Çap düyməsi ilə Bildiriş çap edilir.
    Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.

    Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır.Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən kordinasiya şöbəsinə (bölməsinə) daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbə (bölmə) tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxil olma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə kordinasiya şöbəsinin (bölməsinin) müfəttişi bəyannamənin surətində onun daxil olma tarixini əks etdirən ştamp vurmalıdır. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir.

    Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 71-72 maddələrinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyət üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message