Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi və mühafizəsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Milli Arxiv İdarəsi
Xidmətin məzmunu :
  • Bu xidmət idarə, müəssisə və təşkilatların, o cümlədən vətəndaşların fəaliyyəti nəticəsində yaranan sənədlərin Milli arxiv fondunun tərkibinə daxil və dövlət mühafizəsinə qəbul edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Arxivinin filialları
  • Azərbaycan Respublikası dövlət arxivləri
  • Azərbaycan Respublikasının rayon (şəhər) dövlət arxivləri
  • Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri
  • Naxçıvan Muxtar Respublikasının rayon dövlət arxivləri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Sənədlərin dövlət arxivinə qəbulu ilə bağlı təhvil-qəbul aktının tərtib edilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 ay
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Poçt xidməti vasitəsilə edilən müraciətlər həftənin 1-5-ci günləri Xidmət yerinə gəlməklə edilən müraciətlər həftənin 1, 3, 5-ci günləri
İşin başlama vaxtı : 09:00:00 10:00:00
İşin sona çatma vaxtı : 18:00:00 17:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının dövlət arxivlərinin, Azərbaycan Respublikası Dövlət Arxivinin filiallarının, Azərbaycan Respublikasının sənədləri dəyişən tərkibli şəhər və rayon dövlət arxivlərinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin, Naxçıvan Muxtar Respublikasının sənədləri dəyişən tərkibli rayon dövlət arxivlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Fiziki şəxsin ərizəsi
- Sənədin əsli
Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərin sənədlərin dövət mühafizəsinə təhvil verilməsi barədə rəsmi müraciət məktubu
- Sənədin əsli
Dövlət arxivlərinə verilməli olan işlərin iki nüsxədə siyahısı
- Sənədin əsli
Şəxsi heyətə aid işlərin siyahısı
- Sənədin əsli
Ləğv edilmiş və varisi olmayan idarə, təşkilat və müəssisələrin ləğv edilməsi barədə sənəd
- Sənədin əsli və ləğv etmə bardə hüquqi aktın surəti
Əməli əhəmiyyətini itirmiş sənədlərin ayırma aktı
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə və ya məktubla xidmətin göstərilmə yerinə müraciət edə bilərlər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və aidiyyəti üzrə struktur bölməyə icra edilməsi üçün göndərilir. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə 5 iş günü ərzində istifadəçiyə poçt xidməti və ya elektron poçt vasitəsilə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə 30 gün müddətində idarə, müəssisə və təşkilatların, o cümlədən vətəndaşların fəaliyyəti nəticəsində yaranan sənədlərin Milli arxiv fondunun tərkibinə daxil və dövlət mühafizəsinə qəbul edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Milli Arxiv İdarəsinin poçt ünvanına, elektron şikayət isə www.milliarxiv.gov.az saytından "MƏKTUB YAZ" bölməsi vasitəsilə və ya info@milliarxiv.gov.az elektron poçt ünvanına göndərilməlidir. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi


Ünvan: place AZ1106, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 3
Telefon: (012) 562-97 75
Faks: (012) 562-97 56
E-poçt: info@milliarxiv.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.milliarxiv.gov.az
VÖEN: 1000469951
Ödəmə rekvizitləri: VÖEN: 1000469951
HESAB: IBANAZ04CTRE00000000000002057613
BANK: Dövlət Xəzinədarlığı Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
M/H: AZ41NBAZ01360100000000003944
S.W.I.F.T. BIK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Vətəndaşların qəbul günləri həftənin I-III-V günləri, saat 10:00-17:00-dək, fasilə 13:00-14:00-dək.
message