Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Notariusun verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə onun dublikatının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Notariusun verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə onun dublikatının verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Qeydiyyat və notariat baş idarəsi Dövlət notariat arxivinin inzibati binası
  • Şəhər və rayon notariat kontorları
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İtirilmiş sənədin dublikatı verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : 5 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Dövlət rüsumu haqqında qanun 10 maddə
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 10:00:00
İşin sona çatma vaxtı : 17:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Günlər : Dövlət notariat arxivi
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Günlər : şəhər və rayon notariat kontorlarında
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 19:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00
İşin sona çatma vaxtı : 20:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • - Dövlət notariat arxivi
    - Şəhər və rayon notariat kontorlarının inzibati binaları
    - "ASAN xidmət" mərkəzinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Ərizə
- Kağız daşıyıcıda
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin əsli və ya surəti
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - İtirilmiş sənədin dublikatını dövlət notariat arxivi verir. Notariusun verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək itmiş sənədin dublikatını müvafiq olaraq həmin sənədlərin saxlanıldığı yer üzrə notarius və ya müvafiq İcra Hakimiyyəti orqanı verir.
    Vəsiyyətnamənin dublikatı vəsiyyətnamədə göstərilən vərəsələrə yalnız vəsiyyət edənin ölümü haqqında şəhadətnamə vərəsələr tərəfindən təqdim edildikdən sonra verilə bilər. Vəsiyyətnamədə göstərilmiş vərəsələr öldükdə, vəsiyyətnamənin dublikatı onların vərəsələrinə, onlar vəsiyyət edənin ölümü haqqında şəhadətnamə (əgər əvvəllər bu cür şəhadətnamə təqdim olunmamışsa) və vəfat etmiş vərəsənin ölümü haqqında şəhadətnamə təqdim etdikdə verilə bilər.
    Notarius müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
    Qanunvericiliklə tələb olunan sənədlər, habelə dövlət rüsumu haqqında sənəd təqdim edildikdən müvafiq sənədin dublikatı hazırlanaraq müraciət etmiş şəxsə təqdim olunur, sonuncu isə sənədin alınması barədə notariat reyestrində imza edir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - "Notariat haqqında” Qanunun 14-cü maddəsinə əsasən notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını təmin edir, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab verir və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görür.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message