Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə və ya dəyişdirilməsinə zərurət yarandıqda sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı ilə təmin edilməsi ilə bağlı müraciətləri əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatın verilməsi barədə qarar qabul edən Dövlət Sosial Müdafiə Fondu orqanı bu barədə sorğu edənə sosial sığorta şəhadətnaməsini rəsmiləşdirərək təqdim edir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 həftə
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Kağız və ya elektron formada
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün əmək fəaliyyəti olan sığortaolunan sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunan isə şəxsən müraciət edir. Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsinə dair müraciət sığortaolunanın soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer dəyişdikdə, sosial sığorta şəhadətnaməsində yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, sosial sığorta şəhadətnaməsi yararsız hala düşdükdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda qəbul edilir.
    Sığortaolunanların məlumatlarında (şəxsin adı, atasının adı, soyadı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi) dəyişiklik olduqda, həmin dəyişikliklər onun fərdi şəxsi hesabında öz əksini tapmalıdır. Bu halda dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanı sığortaolunana həmin sosial sığorta nömrəsi ilə yeni dövlət sosial sığorta şəhadətnaməsini (əvvəlcə verilənin əvəzinə) verir.
    Dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi halda:
    - əmək fəaliyyəti olan sığortaolunan, dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə, dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanına bir ay müddətində müraciət etməlidir;
    - əmək fəaliyyəti olmayan sığortaolunanlar, eləcə də özü-özünü sığortaedən şəxslər dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə ilk dəfə fərdi uçot sistemində qeydiyyata durduğu fərdi uçotu həyata keçirən orqana bir ay müddətində şəxsən müraciət etməlidirlər;
    - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı müraciət olunduğu gündən bir ay müddətində əmək fəaliyyəti olan sığortaolunana onun sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunana, eləcə də özüzünü sığortaedən şəxslərə isə şəxsən verilir. Bu zaman DSMF-nin müfafiq orqanı şəxsin adı, atasının adı, soyadı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi, daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı və vətəndaşlığını dəqiqləşdirmək üçün şəxsiyyəti təsdiq edən sənədi tələb etmək hüququna malikdir.
    Təqdim edilmiş ərizə formaları yoxlandıqdan sonra 1 ay ərzində dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı hazırlanır və rəsmiləşdirilir.


Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Ünvan: place AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Telefon: (99412) 596-5033
Faks: (99412) 596-5034
E-poçt: info@mlspp.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mlspp.gov.az/
VÖEN: 1700093011
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"
message