Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı ixtisaslaşdırılmış pul hərraclarının keçirilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Hərracların Təşkili üzrə Auksion Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • KİV-də məlumatın verilməsi
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Hərracın nəticələri haqqında protokolun təsdiq edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən alıcının (sifarişçinin) hərracda aldığı səhmlərə mülkiyyət hüququ əldə etməsi (səhmdar olması) barədə müvafiq sənəd verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nın 3.7-ci bəndinə əsasən ixtisaslaşdırılmış pul hərracının iştirakçısı tərəfindən təqdim edilən sifarişdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin məbləği bir səhmin nominal dəyəri həcmində və ya onun 2 və daha çox tam mislinə bərabər olmalıdır.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları"nın 3.7-ci bəndi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "Mülkiyyət" qәzetindә dərc edilən elanda qeyd edilən müddət
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • "Mülkiyyət" qәzetindә dərc edilən elanda qeyd edilən ünvan
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Satışa çıxılan səhmlərin alınması və pul vəsaitinin ödənilməsi haqda sifariş
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən müraciət edildikdə)
Fiziki şəxsi təmsil etmək hüququnu təsdiq edən etibarnamə
- Sənədin əsli
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd
- Sənədin əsli
Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin əsli
Fiziki şəxsin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin əsli
Hüquqi şəxsin nizamnaməsi
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumat Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә dərc edilir.
    Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır. Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada sifarişi tərtib edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən tarixdən həyata keçirilir. Hərracların keçirilməsi haqqında məlumatda sifarişlərin qəbulu üçün göstərilən müddət başa çatdıqdan sonra hәrraclarda iştirak etmək üçün daxil olan sifarişlər və onlara əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul olunmur.

    İxtisaslaşdırılmış pul hərracları aşağıdakı qaydada keçirilir:
    Sifarişçilər hərracda iştirak etmək üçün təklif etdikləri pul vəsaitlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (onun zona bölmələrinə) satıcı tərəfindən müəyyən edilmiş qaydada nağd şəkildə ödәyirlər;
    Sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləğini satışa çıxarılan səhmlərin ümumi sayına bölməklə hərrac məzənnəsi (1 səhmin satış qiyməti) müəyyən edilir. Hesablama zamanı yuvarlaqlaşdırma 0,0001-ə qədər dəqiqliklə, ümumi əsaslarla aparılır.
    Müəyyən olunmuş məzənnə ilə 1-ci növ bütün sifarişlər, habelə hərrac məzənnəsinə bərabər və ya ondan yuxarı alış qiyməti göstərilmiş 2-ci növ sifarişlər ödənilir.
    Hər bir sifariş üzrə satılan səhmlərin sayı sifarişçinin ödədiyi pulun məbləğini hərrac məzənnəsinə bölməklə müəyyən edilir. Bu zaman hesablamanın nəticəsində alınan ədədin tam hissəsi götürülür.
    Aşağıdakı hallarda ixtisaslaşdırılmış pul hərraclarında satışa çıxarılmış səhmlərin bölünməsi, yəni satışa çıxarılmış səhmlərin ümumi nominal dəyərini dəyişdirmədən, bir səhmin daha kiçik eyni nominallı səhmlərə bölünməsi əməliyyatı həyata keçirilə bilər:
    - satışa çıxarılmış səhmlərin 95 faizindən az olmayan hissəsinin satılmasını təmin etmək məqsədilə;
    - bir səhmin satış qiyməti səhmin nominal dəyərindən böyük olduqda;
    - hər hansı bir sifarişçi üzrə sifarişdə göstərilən pul vəsaitinin səhmlə ödənilməmiş hissəsi 50 qəpikdən az olmadıqda; Hərrac məzənnəsi üzrə hesablaşmalar nəticəsində ödənişə qəbul edilən məbləğin səhmlə ödənilməyən hissəsi geri qaytarılmır və dövlət büdcəsinə köçürülür.
    Hərrac məzənnəsindən aşağı alış qiyməti göstərilmiş 2-ci növ sifarişlər ödənilmir və hərracdan çıxarılır.
    Sifarişləri ödənilmiş bütün iştirakçılar hərracın qalibi hesab edilirlər. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün hərrac komissiyasının iclasında iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 10 (on) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilir. Hərracın nəticələri hərrac başa çatdığı gündən 15 (on beş) gün müddətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur. Alıcı hərraclarda aldığı səhmlərə mülkiyyət hüququnu hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən əldə edir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi ona müvafiq sənəd verir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message