Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

"Asan İmza" Sim-kart üzrə Sertifikatların verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət "Asan İmza" Sim-kart üzrə Sertifikatların verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • ASAN xidmət mərkəzləri
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Rayon Vergilər Şöbələri
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə
  • Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı
  • Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00 10:00:00 09:00:00
İşin sona çatma vaxtı : 17:00:00 20:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin, Ərazi Vergilər Departamentlərinin və Ərazi Vergilər İdarələrinin, Rayon Vergilər Şöbələrinin və ASAN xidmət mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Sənədin əsli
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin əsli
Notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)
- Sənədin əsli
"e-təmsilçi" qismində tanınma barədə ərizə (Xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün)
- Sənədin əsli
Asan İmza SİM-kartı
- Sənədin əsli
Notariat qaydasında və ya dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin blankında möhürü ilə təsdiq edilmiş, onların, habelə fiziki şəxsin işçisinə verdiyi etibarnamə və ya Mərkəz tərəfindən müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə (dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi və fiziki şəxsin rəhbəri tərəfindən işçilərinə qulluq funksiyalarının icrasında elektron imzadan istifadə səlahiyyəti verildikdə)
- Sənədin əsli
Notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş (xarici ölkədə təsdiq olunduqda leqallaşdırılmış) xarici vətəndaş olan fiziki şəxs və ya hüquqi şəxs tərəfindən "e-Təmsilçi"-yə səlahiyyətlərin verilməsi ilə bağlı verilən etibarnamə (Xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün)
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərib edilmiş ərizə və qanunvercilikdə nəzərdə tutulmuş sənədlər ilə müraciət edə bilər. Müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə "Asan İmza" Sim-kart üzrə Sertifikat verilir.

    Xidmətin göstərilməsi üçün tələb edilən sənəd siyahısı normativ hüquqi aktlarda müəyyən edilməyib.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message