Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasından və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və müvafiq Regional Miqrasiya İdarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 günədək
Rüsum : 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.15.1-ci maddəsi
Müddət (Məbləğ) : 60 günədək
Rüsum : 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.15.1-1-ci maddəsi
Müddət (Məbləğ) : 60 günədək
Rüsum : 60 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.15.2-ci maddəsi
Müddət (Məbləğ) : 30 günədək
Rüsum : 15 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.15.1-1-ci maddəsi
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Dövlət Miqrasiya Xidməti və ona tabe olan qurumlarda həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və müvafiq regional idarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri (bölmələri)
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Elektron qaydada və ya kağız formada
Pasportun surəti
- Əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədin əsli onları təqdim etmiş şəxsə qaytarılır
Digər sərhədkeçmə sənədinin surəti
- Elektron qaydada və ya kağız formada
2 ədəd 3.5x4.5 sm ölçüdə fotoşəkil
- Elektron qaydada və ya kağız formada
Müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd
- Elektron qaydada və ya kağız formada
Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün)
- Elektron qaydada və ya kağız formada
Ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün)
- Elektron qaydada və ya kağız formada
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)
- Elektron qaydada və ya kağız formada
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (icarə (kirayə) müqaviləsi)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (order)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.
    18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında uzadılır.
    Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.
    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.
    Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti ilə əlaqədar 3 iş günü ərzində müvafiq qərar qəbul edilir.
    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsi həll edilərkən, Dövlət Miqrasiya Xidməti orqanı hər bir konkret halda onların Azərbaycan Respublikasında qalma səbəblərini araşdırır, Miqrasiya Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasından imtina edir və müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə imtina barədə yazılı məlumat verir və ya müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciəti müsbət həll edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar təqdim edir.
    Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.
    Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müvafiq məlumatların toplanması, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın fərdi olaraq doldurulması, verilməsi, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.
    42.9. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması Miqrasiya Məcəlləsinə uyğun olaraq yeni viza verilməsi qaydasında həyata keçirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı yaranmış mübahisələrin məhkəmədənkənar həlli üçün Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edə bilərlər. Ərizəyə baxılır və Dövlət Miqrasiya Xidməti tərəfindən rəsmi cavab verilir.
    "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti


Ünvan: place AZ-1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202
Telefon: (994) 498-9464, (994) 562-5790, (994) 562 5793
Faks: (994) 562-3702
E-poçt: info@migration.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.migration.gov.az
VÖEN: 1700760271
Ödəmə rekvizitləri: Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Bakı şəhəri Vergilər Departamenti
Hesab: AZ17CTRE00000000000002117131
VÖEN: 1400305751
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 1

Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin ödəmə rekvizitləri;

Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Hesab: AZ40CTRE00000000000004878501
VÖEN: 1701393691
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 7



İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5 günləri, 09:00:00-18:00:00 919-Miqrasiya Məlumat Mərkəzi.
message