Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsinin verilməsini əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Şəhadətnamə verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz :
Rüsum : 50 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.67.1-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Elektron qaydada həftənin bütün günləri
İşin başlama vaxtı :
İşin sona çatma vaxtı :
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Istehsalçı tərəfindən verilmiş keyfiyyət sertifikat(lar)ı və ya analız protokol(lar)ı (yalnız dərman preparatları üçün)
- Elektron formada
Mənşə sertifikatı
- Elektron formada
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Elektron formada
Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə
- Elektron formada
Ərizə
- Elektron formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ərizə və təqdim edilən sənədlər Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır. Təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtina səbəbləri göstərilməklə 15 (on beş) iş günü müddətində bu barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir və ya yazılı məlumat verilir. Hüquqi və ya fiziki şəxslər tərəfindən 10 (on) gün müddətində çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim olunur.
    Preparatın dövlət sınağını və qeydiyyatını təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə Ekspert Şurası yaradır. Ekspert Şurası tərəfindən 15 gün müddətində ərizəçinin təqdim etdiyi sənədlər təhlil edilir, çatışmazlıqlar və imtina üçün əsas olmadıqda, ərizəçiyə preparatın dövlət sınağına qəbul edilməsi barədə məlumat verilir. Preparatın qeydiyyatı haqqında ərizəçiyə Dövlət Xidməti tərəfindən müvafiq şəhadətnamə verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi


Ünvan: place AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80
Telefon: (+99412) 4986449
Faks: (+99412) 4986449
E-poçt: web@agro.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.agro.gov.az
VÖEN: 1700069791
Ödəmə rekvizitləri: Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
Kənd Təsərrüfatı Nazirliyi
Hesab No.: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
Büdcə səviyyəsi: Fond 7
Büdcə təsnifatı: 142340
Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iş qrafiki: bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək; İstirahət günləri: şənbə, bazar.
message