Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Gənclər və İdman Nazirliyinin vahid İdman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin vahid idman təsnifatına uyğun olaraq idman adları və dərəcələrinin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • İdman şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İdman sahəsində ad və dərəcələrin təltif edilməsi üçün təqdim edilən sənədlər qəbul edilir, "Fəxri adlar, təqaüdlərin verilməsi və sosial vəziyyətin yaxşılaşdırılması komissiya"sında baxılır və vahid idman təsnifatına uyğun olduğu zaman vətəndaşlar fəxri ad, vəsiqə və döş nişanı ilə təltif olunurlar
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 Yoxdur
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 19 aprel 2013-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq olunmuş Gənclər və İdman Nazirliyinin 2013-2016-ci illər üçün Azərbaycan Respublikasının vahid İdman təsnifatı.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri. Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
İşin başlama vaxtı : 00:00:00 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Əmək kitabçası
- Sənədin surəti (kağız formada)
Təhsil haqqında sənədin surəti
- Sənədin surəti (kağız formada)
Təşkilatın qərarı
- Sənədin əsli və surəti
Fotoşəkil
- Kağız formada və sənədin skan edilmiş surəti
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Təqdim edilən sənədlər Gənclər və İdman Nazirliyi tərəfindən qəbul edilmiş müraciət xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir. Sənədlərə "Fəxri adlar, təqaüdlərin verilməsi və sosial vəziyyətin yaxşılaşdırılması komissiya"sında baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 5 gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda Nazirliyin Kollegiya iclasında məsələyə baxılır və nazirliyin Əmri, kollegiyanın qərarı ərizəçiyə göndərilir. Ad və dərəcələrin təqdim olunacagı vaxt və məkan haqqında informasiya da ərizəçiyə göndərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər.
    Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
    Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
    Həmçinin "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən peşəkar idman sahəsindəki mübahisələrə qanunvericiliyə uyğun şəkildə, o cümlədən idman arbitrajı vasitəsi ilə baxılır. İdman arbitrajı peşəkar idman sahəsindəki mübahisələrin həlli üçün yaradılan müvəqqəti orqandır. O, peşəkar idman sahəsindəki mübahisənin idman arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.
    İdman arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Mübahisələrə bədən tərbiyəsi və idman subyektlərinin iştirakı ilə baxır. İdman arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir. Tərəflər idman arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.


Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi


VÖEN: 1500171121
message