Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 90 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Yoxdur
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi:
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
İstifadəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd
- Sənədin skan edilmiş surəti
İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanlarından (http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az) yüklənərək doldurulur və müraciət edən şəxs tərəfindən tələb olunan sənədlərlə birlikdə həmin elektron ünvanlardan birinə göndərilir. Sorğu http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az internet saytlarına daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı müraciət edən şəxsin elektron poçt ünvanına bir iş günü ərzində bildiriş göndərilir. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Dövlət Xidmətinə göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır. Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə istifadəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edilə bilər. Onlarda çatışmazlıqlar aşkar edilmədikdə Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların Avropa İttifaqının təhlükəsizlik meyarları (tələbləri) üzrə "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC tərəfindən ekspertizaları keçirilir. Keçirilmiş ekspertizalar nəticəsində tərtib olunan ekspertiza rəylərinin bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətində qalır. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların Avropa İttifaqının təhlükəsizlik meyarları (tələbləri) üzrə keçirilən ekspertizaların nəticəsi üzrə mənfi rəy olduqda sorğunun yerinə yetirilməsindən imtina edilir. Təsdiqedici kod nömrəsinin verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. İmtina üçün əsas olmadıqda, təsdiqedici kod nömrəsinin verilməsi barədə qərar qəbul edilir, qəbul edilmiş qərar istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər təsdiqedici kod nömrəsinin verilməsi barədə qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi


Ünvan: place Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84
Telefon: (012) 493-8867
Faks: (012) 492-5895
E-poçt: office@economy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.economy.gov.az
VÖEN: 1700012751
Ödəmə rekvizitləri: Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİKT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Fasilə 13:00-14:00-dək.
message