Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə bağlı hüquqi məsləhətlərin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi
Xidmətin məzmunu :
  • Bu xidmət müəlliflərin (hüquq sahiblərinin), ictimai birliklərin təmsilçilərinin, əqli mülkiyyət hüquqları obyektlərinin istifadəçilərinin və digər şəxslərin müəllif-hüquq sahəsində müraciətlərinin operativ qaydada cavablandırılması, müəllif-hüquq məsələləri üzrə və ya müəlliflərə (hüquq sahiblərinə) və onların varislərinə pozulmuş hüquqların bərpası ilə bağlı hüquqi məsləhətlərin verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi
  • Əsərlərin qeydiyyatı və hüquq şöbəsi
  • İqtisadiyyat və maliyyə şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Telefon vasitəsilə məlumatlandırma
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə bağlı hüquqi məsləhətlərin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 günədək
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmətin həyata keçirilməsi üçün ödəniş tələb olunmur.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi: Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00 09:00:00
İşin sona çatma vaxtı : 00:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Müraciət edən şəxslərin müraciətini əsaslandıran sənədlər
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə, elektron ərizə ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin rəsmi internet informasiya ehtiyatına və ya Agentliyin müvafiq telefon nömrələrinə (012 493 66 87 və ya 960 nömrəli Qaynar xətt) zəng etməklə müraciət edə bilər. Telefon vasitəsilə daxil olan müraciətlər dərhal yerində cavablandırılır. Telefon məlumat xidmətində daxil olan müraciətləri dərhal cavablandırmaq mümkün olmadıqda müraciət vərəqəsi tərtib edilir. Elektron və ya kağız daşıyıcıda daxil olan müraciətlər və müraciət vərəqələri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Aidiyyəti struktur bölmədə 5 iş günü ərzində araşdırma aparılır. Agentliyin səlahiyyətinə aid edilməyən müraciətlər 3 gündən gec olmayaraq müvafiq quruma göndərilir. Agentliyin səlahiyyətinə aid edilən müraciətlər üzrə əlavə sənəd və məlumatların təqdim edilməsi zəruri olduqda istifadəçilərə 5 iş günü müddətində həmin sənəd və məlumatların verilməsi barədə bildiriş göndərilir. Həmin məlumat və sənədlər təqdim edildikdən və araşdırma yekunlaşdırıldıqdan sonra istifadəçilərə əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi və ya pozulmuş hüquqların bərpası ilə bağlı hüquqi məsləhətlər verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Qeydiyyat" elektron məlumat bazası
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi


Ünvan: place Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli 84, Hökumət Evi, giriş 5, mər. 1.
Telefon: (012) 493-39-44
Faks: (012) 498-10-28
E-poçt: mha@copag.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://copag.az/
VÖEN: 1700451171
Ödəmə rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h
AZ85NABZ01360100000003003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: 1-5 günlər iş vaxtı: 09.00-18.00 fasilə vaxtı: 13.00-14.00
message