Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azəraycan Respulikasın Müdafiə Nazirliyi tərəfindən "Müharibə veteranı" adının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəxsə "Müharibə veteranı" adının verilməsi ilə bağlı münasibətləri əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Müdafiə Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasının "veteran" adı və vəsiqəsi verilir və ya imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-6-cı günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə – (ətraflı yazılmalıdır, hansı hərbi hissənin tərkibində, nə vaxtdan nə vaxtadək xidmət etməsini, əgər yaralanması və xəsarət alması varsa, hansı şəraitdə almasını və hansı tibb müəssisəsində müayinə və müalicə olunmasını, varsa hərbi həkim komissiyasının qərarını və əlilliyi haqqında məlumatı, əlaqə telefonunu qeyd etməlidir).
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
3x4 ölçüdə fotoşəkil – 2 ədəd
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Əgər yaralanması və ya xəsarət almasını təsdiq edən müvafiq sənəd varsa, sənədlərin notarial qaydada təsdiq olunmuş surəti.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Əgər varsa hərbi xidməti haqqında Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış arayışın notarial qaydada təsdiq olunmuş surəti.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti (hərbi bilet itibsə və ya hər hansı bir səbəbdən yoxdursa, SHXÇDX rayon şöbəsinin verdiyi hərbi bilet əvəzi arayışın və ya hərbi xidməti haqqında arayış).
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Əgər hərbi xidmətlə bağlı hər hansı bir arayışı varsa, onun notarial qaydada təsdiq olunmuş surəti.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
İtirilmiş veteran vəsiqələrinin əvəzinə yenisinin alınması üçün (Respublika Hərbi Komissarlığı tərəfindən verilmiş veteran vəsiqələrinin arxiv sənədləri Müdafiə Nazirliyində olmadığına görə) vəsiqənin itirilməsi barədə elan verilmiş qəzetin bir nüsxəsi, rayon polis idarəsinin tapıntı bürosundan sənədin tapılmaması haqqında alınmış arayışı, hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin surəti və varsa hərbi xidməti haqqında arxiv arayışı, yaralanması və ya xəsarət alması varsa bu haqda müvafiq arayışları, xidmət etdiyi dövrdə hərbi hissə tərəfindən verilmiş hər hansı bir arayış və ya sənəd varsa onun surəti hərbi xidməti və vəsiqənin itirilmə səbəbi qeyd olunmuş ətraflı ərizəsi ilə birlikdə təqdim olunmalıdır.
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Müharibə veteranı adı aşağıdakı qaydada verilir:
    - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
    - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün e`zam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
    Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
    Göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onoun yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:
    Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

    Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına ödənilir.
    Vətəndaşlar tərəfindən sənədlər tam şəkildə təqdim olunmadığından müxtəlif ünvanlara sorğular göndərilir və göndərilmiş sorğulara cavab alındıqdan sonra komissiyanın iclaslarında təkrar baxılaraq qanunamüvafiq qərar qəbul olunur. Bu səbəbdən müəyyən edilmiş müddət ərzində qərar qəbul etmək mümkün olmadığından və baxılma müddəti uzadılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi


Ünvan: place AZ 1073, Bakı şəhəri, Parlament prospekti, 3.
Telefon: (994) 539-2915
E-poçt: pressmd@mod.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mod.gov.az
VÖEN: 1300162621
message