Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ət və ət məhsullarının üzərində nişan qoyulması (baytarlıq damğası və ştampı)


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ət və ət məhsulları üzərində nişan (baytarlıq damğası və ştampı) qoyulmasını əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Baytarlıq damğası və ştampı vurulur
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 dəqiqə
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : Xidmət haqqı Azərbaycan Respublikasının Tarif Şurasının 2007-ci il 26 iyul tarixli 17 nömrəli Qərarına əsasən müəyyən edilir
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
İşin başlama vaxtı :
İşin sona çatma vaxtı :
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • Respublikanın ticarət bazarları, kəsim məntəqələri, ətin təhlükəsizliyinə şübhə yaranarsa müvafiq baytarlıq laboratoriyası.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Müraciət
-
Ödənilmə üsulları :
  • Nağd
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması üçün bütün növ kənd təsərrüfatı, vəhşi heyvan (insan qidası üçün yararlı olan), o cümlədən quş əti və ət məhsullarının və xammalının keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə onlardan nümunələr götürülərək müvafiq laboratoriyada baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məcburidir. Ət və ət məhsullarının üzərində nişan qoyulması baytarlıq-sanitariya ekspertizası aparıldıqdan sonra həyata keçirilir. Ət və ət məhsullarının oval damğa ilə nişanlanması Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müəssisə və təşkilatlarının ştatında olan, rayon və şəhər dövlət baytarlıq müfəttişindən rəsmi icazə almış, baytarlıq-sanitariya ekspertizası sahəsində müvafiq hazırlığı olan və qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş baytarlıq mütəxəssisləri tərəfindən həyata keçirilir. Onlar kəsilmiş heyvanların ət və ət məhsullarını baytarlıq - sanitariya ekspertizasından keçirərək, dövlət baytarlıq nəzarətində olan ət kombinatı, yaxud bazarlara göndərilməsi üçün “İlkin baxış” damğası ilə nişanlayırlar.

    Bütün növ heyvanların ətinə baytarlıq damğa və ştampı aşağıdakı qaydada vurulur:
    - heyvan cəmdəyi və yarımcəmdəyinin hər birinə kürək və bud nahiyəsinə - bir damğa;
    - dörd hissəyə bölünmüş cəmdəyin hər birinə, şpik hissələrinə - bir damğa;
    - ürək, dil, ağciyər, qaraciyər, böyrək, baş hissələrinə - bir damğa;
    - dovşan və qunduz cəmdəklərinin kürək nahiyəsinə və budun xarici hissəsinə - iki damğa;
    - baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında quş, o cümlədən ov quşu cəmdəyinin boyun, yaxud budun xarici tərəfinə - bir damğa;
    - ət-quş emalı kombinatında və quşçuluq fabrikində cücə, toyuq, sesar cəmdəyinin bir ayağına; ördək, qaz, hind quşu cəmdəyinin hər iki ayağına - elektrodamğa;
    təkrar emal üçün nəzərdə tutulan quş cəmdəklərinin bel hissəsinə - “E” nişanlı elektrodamğa vurulur.
    Baytarlıq-sanitariya ekspertizasından keçmiş at, dəvə, maral, ayı, ulaq ətlərinə baytarlıq damğası və qanunvericiliyə uyğun olaraq əlavə ştamp vurulur. Piy xammalına damğa vurulmur, yalnız baytarlıq ştampı vurulmuş etiket yapışdırılır.
    Tam baytarlıq-sanitariya müayinəsindən keçməyən ət və ət məhsulları “İlkin baxış” sözləri yazılmış düzbucaqlı damğa ilə nişanlanır və tam həcmdə baytarlıq-sanitariya ekspertizasından keçirilməsi üçün dövlət baytarlıq laboratoriyasına göndərilir.
    Kolbasa məmulatları istehsalı və digər məqsədlər üçün emala göndərilən ət və ət məhsullarına, ancaq zərərsizləşdirmə təyinatı, yaxud diaqnozu göstərilməklə ştamp vurulur.
    Erkək donuz cəmdəyinə baytarlıq damğası ilə yanaşı “EDE” (erkək donuz emala) ştampı da vurulur.
    Zərərsizləşdirilmək üçün nəzərdə tutulan quş cəmdəkləri qablaşdırılmış taranın üzərinə ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası qaydalarına uyğun olaraq zərərsizləşdirmə üsulunu göstərən (“Bişirmək”, “Konservaya” və s.) bir neçə baytarlıq ştampının etiketləri yapışdırılır.
    Baytarlıq-sanitariya ekspertizasının nəticəsinə əsasən qida üçün yararsız olan bütün növ heyvan cəmdəklərinə (quş və dovşan cəmdəkləri də daxil olmaqla) ən azı 3-4 yerdən “UTİL” sözü yazılmış baytarlıq ştampı vurulur.
    Saxlanma, yaxud daşınma şəraitinin pozulması nəticəsində keyfiyyətini dəyişmiş ət və ət məhsulları təkrarən baytarlıq-sanitariya ekspertizasına cəlb edilir, ilkin oval damğa forması ləğv edilərək, qanunvericiliyə uyğun olaraq baytarlıq ştampı vurulur.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada AR Kənd Təsərrüfatı Nazirliyinə şikayət edə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət inzibati orqana verildikdə, şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır.
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi


Ünvan: place AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80
Telefon: (+99412) 4986449
Faks: (+99412) 4986449
E-poçt: web@agro.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.agro.gov.az
VÖEN: 1700069791
Ödəmə rekvizitləri: Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
Kənd Təsərrüfatı Nazirliyi
Hesab No.: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
Büdcə səviyyəsi: Fond 7
Büdcə təsnifatı: 142340
Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iş qrafiki: bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək; İstirahət günləri: şənbə, bazar.
message