Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması


Dövlət orqanı :
  • Şəmkir Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Şəmkir RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İcra Hakimiyyəti başçısının sərəncamı
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"ın 9-cu hissəsinə əsasən tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ödənişsiz həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Qeyd edilməyib
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması sifarişçinin yazılı müraciəti əsasında tikintiyə icazə verən orqanın qərarı ilə rəsmiləşdirilir. Həmin qərarda tikintiyə icazənin uzadılması səbəbləri və müddəti göstərilməlidir. Tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin birinci müraciəti əsasında qəbul edilən qərarın sifarişçiyə təqdim edildiyi (göndərildiyi) gündən 1 (bir) il müddətinə uzadılır. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə sifarişçinin əsaslandırılmış növbəti müraciəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əsasında tikintiyə icazə verən orqanın qərarı ilə rəsmiləşdirilir.

    "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"ın 2-ci hissəsinə əsasən aşağıdakı hallarda tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında tikintiyə icazə verən orqanın qərarı ilə qeyd-şərtsiz olaraq aşağıda göstərilən müddətə uzadılır:

    2.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın qüvvədə olduğu müddətə;

    2.2. təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə, həmin hadisələrin təsir dairəsində olan tikinti ərazisində təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər yerinə yetirildikdə, bu tədbirlərin icrası üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi qərarda müəyyən edilən müddətə;

    2.3. tikinti ərazisinə aid olan ərazi planlaşdırılması sənədlərində müvafiq dəyişikliklər edildikdə, bu barədə aidiyyəti yerli icra hakimiyyəti orqanının yazılı xəbərdarlığından sonra qərar qəbul edilən tarixədək olan müddətin və bununla əlaqədar ortaya çıxan əlavə işlər üçün layihədə dəyişikliklər edilməsi tələb olunan müddətin cəmini təşkil edən müddətə (bu halda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmalıdır);

    2.4. tikinti obyektinin sökülməsi haqqında qərar qəbul edildiyi hallarda, sökülmə barədə qərar qəbul edildiyi tarixdən həmin qərara əsasən tikinti obyekti sökülənədək əhatə olunan müddətə;

    2.5. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən digər əsaslarla müəyyən edilən müddətə.

    "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"ın 3-cü hissəsinə əsasən bu sənədin 2.1-2.4-cü bəndlərində göstərilən halların bir neçəsi birlikdə mövcud olduqda, tikintiyə icazə qeyd-şərtsiz olaraq həmin bəndlərdə nəzərdə tutulan müddətlərin cəmini təşkil edən, lakin 3 (üç) ildən çox olmayan müddətə uzadılır.

    Bu normativ-hüquqi aktın 2.2-ci və 2.4-cü bəndlərində nəzərdə tutulan müvafiq olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi qərarın və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi tikintiyə icazə verən orqanın sorğusu əsasında həmin qurumlar tərəfindən sorğu edildiyi gündən 3 (üç) iş günü müddətində ona təqdim olunur.

    Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə sifarişçinin müraciətinə 10 (on) iş günü müddətində baxılır. Həmin müddətdə sifarişçiyə tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə qərarın surəti və ya əsaslandırılmış imtina təqdim edilir.
    Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ödənişsiz həyata keçirilir.
    Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Məcəllənin 75.10-cu maddəsinə əsasən 10 (on) gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edilir. Həmin məlumatlar 3 (üç) iş günü müddətində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Şəmkir Rayon İcra Hakimiyyəti


Ünvan: place M.Ə.Sabir küçəsi №15
Telefon: (+994 22) 305-33-63
Faks: (+994 22) 305-30-94, 305-33-72
E-poçt: mail@shamkir-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://shamkir-ih.gov.az/
VÖEN: 8500207251
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin bazar ertəsi - cümə günləri, saat 9-00-dan 18-00-dək
message