Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması üzrə bağlanmış müqavilə məlumatlarının elektron qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Vergi risklərinin təhlili və nəzarəti departamenti
  • Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Onlayn kargüzarlıq vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə bağlanmış müqavilə məlumatları qəbul edilir və bu barədə məlumat verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : Informasiya sistemi üzrə emal müddəti
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi:
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Dövlət satınalma müqaviləsi
- Sənədin surəti (kağız formada)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmət istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi məlumatı elektron formada tərtib edir və sistemə daxil olduqda həmin məlumat formasını vergi orqanına təqdim etmək imkanı yaranır.Vergi ödəyicisi "Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzrə tenderlərin qalibləri ilə bağlanılmış müqavilələr, dövlət vəsaiti və dövlət zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması üzrə məbləği 50,0 min manatdan yuxarı olan bağlanılmış müqavilələr barədə" məlumat formasını Onlayn Kargüzarlıq vasitəsilə göndərir. Bu məlumat formasını göndərmək üçün Yeni müraciət düyməsi sıxılır və açılan pəncərədə:
    - "Kimə" siyahısından - Vergilər Nazirliyi
    - "Müraciətin növü" siyahısından - Ərizə
    - "Sənədin növü" siyahısından - Tender məlumatı ərizəsi seçilir və Qəbul düyməsi sıxılır.
    Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
    - İstifadəçi Əlavə et düyməsini basır.
    - Bağlanılmış müqavilə üzrə nəzərdə tutulmuş ümumi məbləğ ƏDV daxil olmaqla qeyd edilir.
    - Bağlanılmış müqavilənin ümumi dəyərinə daxil olan ƏDV-nin məbləği ayrıca olaraq qeyd edilməlidir.
    - Satınalan təşkilat tərəfindən istifadə edilmiş satınalma metodu qeyd edilməlidir.
    - Malların (işlərin, xidmətlərin) satınalmasına yönəldilən dövlət vəsaitlərinin büdcə xərclərinin iqtisadi təsnifatına uyğun kodları daxil edilir.
    - Malların (işlərin və xidmətlərin) adı göstərilməlidir.
    - Maliyyələşmə mənbəyi seçilir.
    - Müqavilənin bağlanma tarixi, işlərin icrasının başlanğıc tarixi, işlərin icrasının sona çatma tarixi daxil edilir.
    - rezident və ya qeyri-rezident olması qeyd edilir.
    - malgöndərən (podratçı) vergi ödəyicisinin adı, VÖEN-i, mükəlləfiyyəti, yalnız bu müqavilə üzrə cəlb olunacaq işçilərin sayı və bağlanılmış müqavilə üzrə orta aylıq əmək haqqı fondunun məbləği daxil edilir.
    - yalnız bu müqavilə üzrə əmək haqqına yönəldiləcək hissəsi haqqında məlumat daxil edilir.
    - müqavilə üzrə gözlənilən mənfəətin məbləği haqqında məlumat daxil edilir.
    Eyni zamanda bir neçə tender məlumatı təqdim edilə bilər.
    İrəli düyməsi basılır.
    Sonra monitora daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.
    İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm düyməsini ifadəsini qeyd etməli və Göndər düyməsini basmalıdır.
    Təsdiqdən sonra ekrana tender məlumatlarının göndərilməsini təsdiqləyən Bildiriş çıxır.
    Çap düyməsilə Bildiriş çap edilir.
    Ödəyici tərəfindən qeydiyyata alınmış sənəd Göndərdiklərim qovluğuna düşür. Onun digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir. Məlumatlar sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir. Məlumat elektron formada tərtib edilərək təqdim edildikdə avtomatik olaraq təqdim edilmiş hesab edilir və bu barədə istifadəçiyə məlumat verilir.
    Məlumat iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında"
    Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati
    qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə
    uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay
    müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul
    edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message