Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası
Xidmətin məzmunu :
  • "Dənizdə insan həyatının mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın 9-cu Fəslinə və "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olaraq, Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz :
Rüsum : 50 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 28.10-cu maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • "Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası"nın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları Şəhadətnamənin alınması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Administrasiyaya ərizə təqdim edirlər.
    3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (bu Qaydanın 3.4-cü bəndində göstərilən qaydada əldə edə bilmədikdə):
    3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
    3.2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
    3.2.3. ərizədə qeyd olunan obyektlərdən hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədinin surəti;
    3.2.4.“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ixtisasa, hazırlığa və təcrübəyə malik olan məsul şəxs və ya şəxslərin müvafiq sənədlərinin və vəzifəyə təyin edilməsi barədə müqavilənin surəti;
    3.2.5. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq tərtib edilmiş əmniyyətli idarəetmə sistemi;
    3.2.6. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tətbiq edildiyi gəmilərin siyahısı və tipləri;
    3.2.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq keçirilmiş yoxlamanın nəticəsinə dair akt.
    3.3. Bu Qaydanın 3.2-ci bəndindəgöstərilən sənədlər bilavasitə təqdim edildikdə, sənədlərin surətləri onların əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Ərizəçi Şəhadətnamənin alınması üçün poçt rabitəsi və ya elektron qaydada müraciət etdikdə, bu Qaydanın 3.2.1-ci, 3.2.2-ci, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edir.
    3.4. Administrasiya bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bu mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.
    3.5. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu Administrasiyanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Administrasiyaya təqdim olunur.
    3.6. Ərizə Administrasiya tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
    4. Şəhadətnamələrin verilməsi
    4.1. Administrasiya ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və Şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq Administrasiya onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, habelə formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
    4.2. Ərizəçi bu Qaydanın 4.1-ci bəndində göstərilən çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman Şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət Şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
    4.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 4.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Administrasiya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir, həmçinin bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
    4.4. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra Şəhadətnamənin alınması üçün təkrar ərizə ilə Administrasiyaya müraciət edə bilər.
    4.5. Azərbaycan Respublikasının qanunları ilə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, Administrasiya təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq Şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
    4.6. Administrasiya bu Qaydanın 4.5-ci bəndi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq, ərizəçiyə Şəhadətnaməni təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt Administrasiyanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
    4.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən Administrasiyaya təqdim edildikdən sonra Şəhadətnamə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Administrasiyaya təqdim edilmədikdə, Şəhadətnamə Administrasiya tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
    4.10. Şəhadətnamə Administrasiyanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Şikayət Administrasiyanın poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası


Ünvan: place AZ1003, Bakı şəhəri, Xanlar küçəsi, 2B
Telefon: (+99412) 497 44 05
Faks: (+99412) 497 44 06
E-poçt: info@ardda.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://ardda.gov.az/
VÖEN: 1400872751
Ödəmə rekvizitləri: H/h AZ63CTRE00000000000004428201
VÖEN 1400872751
ABB Nəsimi filialı
Kodu 805614
VÖEN 9900001881
M/h AZ03NABZO1350100000000002944
S.W.I.F.T. IBAZAZ 2X
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 09:00-18:00
message