Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dini icmanın dövlət qeydiyyatı


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Xidmət istifadəçilərinin müraciəti əsasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların dövlət qeydiyyatına alınması.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Hüquq və qeydiyyat şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dini qurumun dövlət qeydiyyatına alınması barədə şəhadətnamə verilir və ya dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 40 günədək
Ödənişsiz :
Rüsum : 11 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Xidmət 40 gün ərzində həyata keçirilir. (əlavə araşdırma aparıldıqda əlavə 20 gün).
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü və 20.4-cü maddələrinə əsasən dövlət qeydiyyatı üçün – 11 manat, yenidən dövlət qeydiyyatı üçün – 5 manat 50 qəpik dövlət rüsumu ödənilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə (azı 50 nəfər təsisçi tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir)
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dini mərkəzin (idarənin) təqdimatı
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizəyə 1 №-li Əlavə
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dini icmanın Nizamnaməsi
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dini icmanın təsis protokolu
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dini icmanın hüquqi ünvanını təsdiq edən sənəd
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet informasiya ehtiyatlarına müraciət edə bilər.
    - Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinə icra edilməsi üçün göndərilir. Dini qurumun dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər məsul şöbə tərəfindən 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.
    - Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda sorğunun icrasından imtina edilir və onların 20 gün müddətində aradan qaldırılması barədə istifadəçiyə (sifarişçiyə) məlumat verilir. - - İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
    - Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi


Ünvan: place AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi , 12
Telefon: (012) 437-31-15
Faks: (012) 492-93-33
E-poçt: press@scwra.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.scwra.gov.az
VÖEN: 1700272511
Ödəmə rekvizitləri: Bank rekvizitləri: DQİDK-nin VÖEN-i: 1700272511.
B1. Benifisiar (alan) bank
1. Adı:Dövlət Xəzinədarlıq Agentliyi
2. Kodu: 210005
3. VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T: CTREAZ22
B2. Alan müştəri
1. Adı: Bakı şəhəri Vergilər Departamenti
2. Hesab №: AZ17CTRE00000000000002117131
3. VÖEN: 1400305751
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. Qaynar Xətt: (012) 437-31-15
message