Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi
Xidmətin məzmunu :
  • Bu xidmət müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyata alınmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Əsərlərin qeydiyyatı və hüquq şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyata alınması
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün 30 gün
Ödənişsiz :
Rüsum : 10 AZN 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :

Fiziki şəxslər

Hüquqi şəxslər

Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.64.2-ci maddəsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.64.2-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
ərizə
- Sənədin əsli
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Sənədin əsli
Məlumat toplusunun rəsmi qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin əsli
Məlumat toplusuna hüquqların qismən verilməsi barədə müqavilə
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti
VƏ YA
Məlumat toplusuna hüquqların tam verilməsi barədə müqavilə
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və Əsərlərin qeydiyyatı və hüquq şöbəsinə icra edilməsi üçün göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları"nın 5-ci hissəsinə əsasən rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi barədə müqavilənin qeydiyyatı üçün tələb olunan sənədlərdə çatışmazlıqlar aşkar edildiyi halda, bu barədə ərizəçiyə məlumat verilir. Sənədlərdəki çatışmazlıqlar ərizəçi tərəfindən aradan qaldırıldıqdan sonra rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi barədə müqavilənin qeydiyyatı ilə əlaqədar təqdim edilmiş sənədlər müvafiq qaydada baxılmaq üçün qəbul edilir və sifarişçinin tələbi ilə bu barədə ona müvafiq arayış verilir. Qeydiyyat üçün tələb olunan sənədlər tam təqdim edildikdən sonra həmin sənədlərə Agentlikdə bir ay müddətində baxılır. Sənədlər "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" və "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası qanunlarının, "Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları"nın və "Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları"nın tələblərinə uyğundursa, rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi barədə müqavilə Agentlikdə qeydiyyata alınır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Qeydiyyat" elektron məlumat bazası
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi


Ünvan: place Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli 84, Hökumət Evi, giriş 5, mər. 1.
Telefon: (012) 493-39-44
Faks: (012) 498-10-28
E-poçt: mha@copag.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://copag.az/
VÖEN: 1700451171
Ödəmə rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h
AZ85NABZ01360100000003003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: 1-5 günlər iş vaxtı: 09.00-18.00 fasilə vaxtı: 13.00-14.00
message