Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin dövriyyəsi üçün xüsusi icazə verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin dövriyyəsi üçün xüsusi icazə verilməsi ilə bağlı müraciətləri əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin dövriyyəsi üçün xüsusi icazə verilir və ya imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaş-dırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu (4-cü, 13-cü və 14-cü bəndlər); - "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr); - Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları" (2-ci hissə); - Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı" (4-cü, 13-cü və 14-cü bəndlər); - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər" (3-cü və 14-cü bəndlər); - "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş güc meyarı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 19 aprel tarixli 54 nömrəli qərarı (1-ci hissə); - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" (15.2-ci bənd).
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5 günləri (kağız daşıyıcıda müraciətlər üçün) Real vaxt rejimində (elektron müraciətlər üçün)
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Radioötürücülərin Azərbaycan Respublikasında istismarı üçün peyk seqmentlərinin icarəyə verilməsi barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarı
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xüsusi icazəyə malik olan radioötürücülərə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Radioötürücülərə mövcud qanunvericiliyə uyğun olaraq verilmiş sertifikatın surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Radioötürücülərin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizə: (hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü)
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir.
    Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, sənədlər bu barədə ərizəçiyə 3 gündən gec olmayaraq təqdim edilmiş sənədlərdə olan çatışmazlıqlar konkret göstərilməklə yazılı məlumat verilir. Ərizəçi təqdim etdiyi sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan və sənədləri təkrar təqdim etdikdən sonra, onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
    Hüquqi şəxs yenidən təşkil edildikdə, ərizəçi 10 gün müddətində əşyaların dövriyyəsinə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizəni və müvafiq sənədləri təqdim etməlidir.
    Əşyaların dövriyyəsinə xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə əsasında həyata keçirir.
    Hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud xüsusi icazə itirildikdə, 3 gündən gec olmayaraq yeni xüsusi icazə verilir.
    Əşyaların dövriyyəsinə xüsusi icazə icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir.
    Ciddi hesabat blankları kimi xüsusi icazə blanklarının müxtəlif yerlərində gizli nişanlar (xüsusi emblem, tor, holoqram və ya su nişanları) əks etdirilməlidir.
    Əşyaların dövriyyəsinə xüsusi icazə müddətsiz verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Ünvan: place AZ 1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 33
Telefon: (994) 498-5838
Faks: (994) 498-7912
E-poçt: us@mincom.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mincom.gov.az/
VÖEN: 9900033991
Ödəmə rekvizitləri: B1. Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi (DXA)
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BIK:CTREAZ22
B2. Alan təşkilat
Adı: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hesab №: AZ59CTRE00000000000002158570
VÖEN: 9900033991
D3. Büdcə təşkilatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qaynar xətt - 1655
message