Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Xarici kommersiya hüquqi şəxsinin nümayəndəliyi və ya filialının dövlət qeydiyyatına alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət xarici kommersiya hüquqi şəxsinin nümayəndəliyi və ya filialının dövlət qeydiyyatına alınmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • ASAN xidmət mərkəzləri
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Xarici kommersiya hüquqi şəxsinin nümayəndəliyi və ya filialı barəsində məlumatlar (qeydlər) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir və müraciət etmiş şəxsə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 günədək
Ödənişsiz :
Rüsum : 220 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :

Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin qeydiyyatı üçün.

Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 6-7-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 11:00:00 10:00:00 09:00:00
İşin sona çatma vaxtı : 17:00:00 20:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Notariat qaydasında təsdiq edilmiş əsli
Hüquqi ünvanı təsdiq edən sənəd
- Sənədin əsli
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Sənədin əsli
Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamə
- Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş sürəti
Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarı
- Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş sürəti
Nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı
- Sənədin əsli
Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələri) tərəfindən leqallaşdırılır)
- Sənədin əsli
Nümayəndəliyin filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - qeydiyyat şəhadətnaməsi (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələri) tərəfindən leqallaşdırılır)
- Sənədin əsli
VƏ YA
Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir)
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xarici kommersiya hüquqi şəxsinin nümayəndəliyi və ya filialının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
    ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada
    vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli
    Azərbaycan Respublikasının Vergilər Nazirliyində saxlanılır, surəti isə ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə
    müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər. Təqdim olunmuş
    sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan
    qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan
    qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə dövlət qeydiyyatı 2 gündən gec olmayaraq
    həyata keçirilir. Xarici kommersiya hüquqi şəxsinin nümayəndəliyi və ya filialı barəsində məlumatlar (qeydlər) hüquqi şəxslərin dövlət reyestrinə
    daxil edilir və müraciət etmiş şəxsə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir.

    Qeyd: Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin notariusunda təsdiq edildiyi halda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələri) tərəfindən leqallaşdırılmalıdır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında"
    Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati
    qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə
    uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay
    müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul
    edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message