Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə rəy verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması üzrə rəyin verilməsi.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Düzgün tutulmamış və ya artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması üzrə rəy verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 25 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Real vaxt rejimi:
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamentinin, müvafiq Ərazi Vergilər İdarəsinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə (Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.)
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Rezidentliyini təsdiq edən sənədlər (Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda xarici dövlətin rezidenti tərəfindən təqdim edilir)
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergilərin büdcəyə daxil olmasını təmin edən qurumlarına ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
    Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni rezidentliyini rəsmi təsdiq edən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən vergi orqanlarına təqdim etməlidir.
    Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergilərin büdcəyə daxil olmasını təmin edən qurumları aşağıdakıları yerinə yetirirlər:
    1. Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
    2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
    3. büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görürlər;
    4. Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün və ya 20 gün ərzində vergi ödəyicisinə qaytarırlar.
    Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 və ya 20 günlük müddət vergi ödəyicisinin bu barədə ərizə verdiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələr digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldildikdə, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana bildiriş göndərir. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün ərzində ona qaytarılır. Digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti üç aya keçirilir və bu ayların ödəmələrinə aid edilir, artıq ödəmənin hər hansı qalığı isə bu müddət bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində qaytarılır. Vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar. Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır.
    Zəruri hallarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergilərin büdcəyə daxil olmasını təmin edən qurumlarının səlahiyyətli əməkdaşı xarici diplomatik və analoji nümayəndəliyin məsul şəxsinə və yaxud onların işçisinə (və onun səlahiyyətli nümayəndəsinə), habelə malı (xidməti, işi) təqdim edən vergi ödəyicisinə vergilərin ödənilməsi ilə əlaqədar sorğu verə bilər.
    Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər.. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər.Maliyyə orqanları tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergilərin büdcəyə daxil olmasını təmin edən qurumlarına artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergilərin büdcəyə daxil olmasını təmin edən qurumlarına ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergilərin büdcəyə daxil olmasını təmin edən qurumlarına ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, vergi ödəyicisinə faiz ödənilmir.
    Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 71-72 maddələrinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyət üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message