Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ümumvətəndaş pasportunun verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Ümumvətəndaş pasportunun verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Ümumvətəndaş pasportu
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 iş günü
Rüsum : 30 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.1.3-cü maddəsinə əsasən üç yaşından on səkkiz yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə 30 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 10 iş günü
Rüsum : 40 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən on səkkiz yaşına çatmış vətəndaşlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə 40 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 5 iş günü
Rüsum : 80 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2.4-cü maddəsinə əsasən on səkkiz yaşına çatmış vətəndaşlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə 80 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 1 iş günü
Rüsum : 160 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.3.4-cü maddəsinə əsasən on səkkiz yaşına çatmış vətəndaşlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə 160 manat dövlət rüsumu nəzərdə tutulur
Müddət (Məbləğ) : 1 iş günü
Rüsum : 80 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.3.2-ci maddəsinə əsasən bir yaşından üç yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə 80 manat dövlət rüsumu nəzərdə tutulur
Müddət (Məbləğ) : 1 iş günü
Rüsum : 120 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.3.3-cü maddəsinə əsasən üç yaşından on səkkiz yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə 120 manat dövlət rüsumu nəzərdə tutulur
Müddət (Məbləğ) : 5 iş günü
Rüsum : 40 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2.2-ci maddəsinə əsasən bir yaşından üç yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə 40 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 10 iş günü
Rüsum : 20 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasə bir yaşından üç yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə 20 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 10 iş günü
Rüsum : 10 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.1.1-ci maddəsinə əsasə bir yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə 10 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 5 iş günü
Rüsum : 20 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2.1-ci maddəsinə əsasən bir yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə 20 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 5 iş günü
Rüsum : 60 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2.3-cü maddəsinə əsasən üç yaşından on səkkiz yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə 60 manat dövlət rüsumu nəzərdə tutulur.
Müddət (Məbləğ) : 1 iş günü
Rüsum : 40 AZN
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.3.1-ci maddəsinə əsasən bir yaşınadək uşaqlara xaricə getmək hüququ verən ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə 40 manat dövlət rüsumu nəzərdə tutulur
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : 1-5-ci gün "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 09:00 10:00:00 10:00
İşin sona çatma vaxtı : 18:00 20:00:00 17:00
Fasilənin başlama vaxtı : 00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin regional şöbələri, habelə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat İdarəsi və "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi inzibati binalar
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Kağız daşıyıcıda
Şəxsiyyət vəsiqəsi
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı
- Kağız daşıyıcıda
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi
- Kağız daşıyıcıda
Təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu
- Kağız daşıyıcıda
Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu
- Kağız daşıyıcıda
Qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Vətəndaşın ümumvətəndaş pasportunun verilməsi ilə bağlı təqdim edilən sənədləri DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin 3-cü hissəsinə əsasən 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır. 15 yaşı tamam olmamış vətəndaşa pasport verilərkən, onun ərizə-anketini təqdim edən valideyninə və ya digər qanuni nümayəndəsinə, 15 yaşından 18 yaşınadək olan vətəndaşın isə özünə, yaxud valideyninə və ya digər qanuni nümayəndəsinə daxili işlər orqanının məsul əməkdaşı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası barədə məlumat verməlidir.
    Vətəndaşa ümumvətəndaş pasportu verilərkən daxili işlər orqanının məsul əməkdaşı ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Daxili işlər orqanının məsul əməkdaşı ərizə-anket üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın üz təsviri və əl-barmaq izləri üzrə biometrik məlumatları ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
    Ümumvətəndaş pasportunun fərdi olaraq doldurulması İAMAS vasitəsilə həyata keçirilir. Verilmiş ümumvətəndaş pasportları, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.
    Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
    Ümumvətəndaş pasportuna elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir.
    Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq "Pasportlar haqqında" Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əkər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır.
    Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
    Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.
    Dövlət sirrinin və ya hərbi sirrin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir.
    Pasportun üzərində və ya elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


VÖEN: 1700215291
message