Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vergi ödəyicilərinə banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Şuşa rayon Vergilər Şöbəsi
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
  • Zəngilan rayon Vergilər Şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Onlayn kargüzarlıq vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Elektron məlumat mübadiləsinə qoşulmuş banklara şəhadətnamə-dublikatlar vergi orqanı tərəfindən elektron qaydada ötürülür və vergi ödəyicisinə bu barədə bildiriş təqdim edilir.
  • Mübadiləyə qoşulmayan banklar üzrə hazırlanmış şəhadətnamə- dublikat kağız daşıyıcılarda vergi ödəyicisinə təqdim edilir.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Ərazi Vergilər Departamentlərinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra banklarda hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində bu barədə məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə banklara göndərir.

    Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Vergi ödəyicisinin ərizəsi bir neçə dəqiqə ərzində emal edilir və hesab açmaq üçün şəhadətnamə dublikat Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iş rejimindən asılı olaraq ən geci 2 iş günü ərzində bank idarəsinə ötürülür. Vergi ödəyicisinin ekranına bank idarəsində hesab açmaq haqqında ərizəsinin qəbul edilməsi barədə bildiriş çıxarılır. Bildirişdə vergi ödəyicisinin hansı tarixdə bank idarəsinə müraciət etməli olduğu göstərilir və onu çap etmək olar. Əgər hesabın açıldığı bank idarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə elektron mübadiləyə qoşulmayıbsa vergi ödəyicisi vergi orqanından şəhadətnamə dublikatı kağız daşıyıcılarda götürərək bank idarəsinə təqdim etməlidir.
    Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı
    ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 71-72 maddələrinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyət üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message