Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Su sayğacının işlək vəziyyətinin yoxlanılması (təmiri,dəyişdirilməsi və s.) üçün müraciətlərin qəbulu


Dövlət orqanı :
  • Azərsu ASC
Xidmətin məzmunu :
  • Su sayğacının işlək vəziyyətinin yoxlanılması (təmiri, dəyişdirilməsi və s.) üçün müraciətlərin qəbulu
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • elektron formada
  • Telefon vasitəsilə məlumatlandırma
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Abonentin su xəttinə quraşdırılmış sayğacın işlək vəziyyəti yoxlanılır (təmir edilir, dəyişdirilir, son göstəricisi dəqiqləşdirilir və s.)
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : Sudan istifadə qaydalarının 6.8 bəndinə əsasən suölçən cihazın yoxlanması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının hesabına həyata keçirilir. Xidmətlərin tarifləri “Azərsu” ASC-nin 08.04.2016-cı il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Azərsu” ASC NÖCİ-nin Suölçən Cihazların Sınağı və Kalibrləmə Laboratoriyasında sayğacın kalibrlənmə xidməti üçün kalkulyasiya cədvəlində əks olunmuşdur.
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : Azərsu ASC-nin su kanal idarələri 1-5-ci günlər
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 17:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Günlər : Azərsu ASC-nin su kanal idarələri 6-cı günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 15:00
Günlər : "Asan Kommunal" mərkəzləri 1-5 ci günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 20:00
Günlər : "Asan Kommunal" mərkəzləri 6-cı günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 17:00
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 20:00
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 17:00
Xidmətin göstərilmə yeri :
  • “AZƏRSU” ASC-nin sukanal idarələri, “ASAN Kommunal” mərkəzləri, “ASAN xidmət” mərkəzləri
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
- Elektron və ya kağız formada
Sayğacın nömrəsi və ya Abonent kodu
- Elektron və ya kağız formada
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Abonent və yaxud nümayəndəsi müvafiq struktur vahidinə yaxınlaşır (zəng mərkəzlərinə məlumat verir və ya hər hansı digər formada müraciət edir), müvafiq məlumatları təqdim edir (bildirir), operator tərəfindən müvafiq iş əmri yaradılır. Yaradılmış iş əmrinə Müştəri xidmətləri şöbəsinin qrup rəhbəri tərəfindən icraçılar (metroloq, çilingər) təyin edilir. İcraçılar tərəfindən sayğacın yerində yoxlanması həyata keçirilir. Sayğacın işlək vəziyyətinin yerində təyin edilməsi mümkün olmadıqda sayğac laborator müayinədən keçirilir.
    “Sudan istifadə qaydaları”nın 6.4 bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəsələrində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. “Qaydalar”a uyğun olaraq təmir xərci abonent tərəfindən ödənildikdən sonra icraçılar tərəfindən sayğac təmir edilirvə bir nüsxəsi abonentə verilməklə təmir aktı tərtib edilir. İcraçı təmir aktını Sukanal İdarəsinin operatoruna təqdim edir. Operator tərəfindən müvafiq məlumatlar bazaya işlənilir. Ehtiyat hissələri olmadıqda və ya təmir xərci ödənilmədikdə iş icra edilmir və iş əmri mənfi cavablandırılır. Sayğacın təmiri mümkün olmadıqda digər sayğacla əvəz edilir.
    Sayğac göstəricilərinin dəqiqləşdirilməsinə ehtiyac olduqda isə abonent və yaxud nümayəndəsi müvafiq struktur vahidinə yaxınlaşır (zəng mərkəzlərinə məlumat verir və ya hər hansı digər formada müraciət edir), müvafiq məlumatları təqdim edir (bildirir), operator tərəfindən müvafiq iş əmri yaradılır. Yaradılmış iş əmrinə Müştəri xidmətləri şöbəsinin qrup rəhbəri tərəfindən icraçılar (mühəndis, nəzarətçi) təyin edilir. İcraçılar tərəfindən sayğacın göstəricisinə və işləmə vəziyyətinə yerində baxış keçirilir, dəqiqləşdirilmiş sayğac göstəricisi sistemə daxil edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs "Azərsu" Açıq Səhimdar Cəmiyyətinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin poçt ünvanına (Yasamal rayonu,Moskva pr.67) , elektron şikayət isə "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin e-poçt ünvanına (online@azersu.az, office@azersu.az) göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiasında 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Abonentlərin informasiya bazası
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Abonent İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərsu ASC


Ünvan: place Moskva prospekti 67, AZ 1012 Bakı,
Telefon: (+99412) 431-47-67/87
Faks: (+99412) 430-28-87
E-poçt: office@azersu.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.azersu.az/
VÖEN: 9900001751
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message