Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Şuşa rayon Vergilər Şöbəsi
  • Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti
  • Zəngilan rayon Vergilər Şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 iş günü
Ödənişsiz :
Rüsum : 500 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20-2-ci maddəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1 - 5-ci günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Departamentlərinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
ərizə
- Kağız daşıyıcıda
barəsində qərarın qəbul edilməsi tələb edilən vergi tutulan əməliyyata aid sənədlər
- Kağız daşıyıcıda
vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrə dair vergi ödəyicisinin qeydləri
- Kağız daşıyıcıda
qərarın qəbulu üçün zəruri hesab edilən digər məlumatlar
- Kağız daşıyıcıda
dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Qərar tələb edilən sənədlər və məlumatlar təqdim edildikdən sonra 30 iş günü müddətində qəbul edilir. Ərizəyə əlavə olunmuş sənədlər dövlət dilində olmalıdır. Xarici dildə tərtib olunmuş sənədlərin əsli dövlət dilinə rəsmi təsdiq edilmiş tərcümə ilə müşayiət olunmalıdır. Vergi orqanı ərizənin və ona əlavə edilmiş sənədlərin qeyd edilən tələblərə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması barədə məlumatı vergi ödəyicisinə bildirməlidir. Vergi ödəyicisi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman qərarın qəbul edilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə vergi ödəyicisinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Qərar vergi orqanı tərəfindən hər bir vergi ödəyicisinə və hər bir vergi tutulan əməliyyata münasibətdə ayrılıqda qəbul olunur, vergi orqanının rəhbərinin imzası və möhürlə təsdiq olunur və barəsində qərar qəbul edilən əməliyyatla bağlı münasibətləri tənzimləyən normativ hüquqi aktlarda əməliyyat baş tutanadək dəyişiklik baş verdiyi hallar istisna olmaqla 3 il müddətində məcburi hüquqi qüvvəyə malik olur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar olmadıqda və ya aşkar edilmiş çatışmazlıqlar 10 iş günü ərzində aradan qaldırıldıqda, vergi orqanı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumunu ödəmək vəzifəsi barədə vergi ödəyicisinə şifahi və ya məktub vasitəsilə yazılı məlumat verir. Qərarın qəbul edilməsi üçün dövlət rüsumu vergi orqanının verdiyi məlumat alındığı tarixdən 3 iş günü ərzində vergi ödəyicisi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd vergi orqanına təqdim olunur. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd vergi orqanına təqdim edildikdən sonra qərar qəbul edilərək vergi ödəyicisinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

    Qərarın icrası yalnız ərizədə qeyd olunan əməliyyat üzrə vergi orqanı və qərarda qeyd olunan əməliyyatı həyata keçirəcək vergi ödəyicisi üçün məcburi hüquqi qüvvəyə malikdir, bir şərtlə ki, vergi ödəyicisi tərəfindən həmin əməliyyat həyata keçirilmiş olsun. Barəsində qərar qəbul edilmiş əməliyyatın icrası vergi ödəyicisi üçün məcburi xarakter daşımır.

    Barəsində qərar qəbul edilən əməliyyatla bağlı münasibətləri tənzimləyən normativ hüquqi aktlarda əməliyyat baş tutanadək dəyişiklik baş verərsə, vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi haqqında vergi orqanının qərarının hüquqi qüvvəsi olmur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message