Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuların sertifikatlaşdırılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən idxal, ixrac, təkrar ixrac və istifadə edilən meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuların yoxlanılması, attestasiyadan keçirilməsi və sertifikatlaşdırılmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Cihaz və qurğuların yoxlanılması nəticəsində sertifikat verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 45 gün
Ödənişsiz :
Rüsum : 20 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 30.4-cü maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Sənədin əsli
Sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin surəti (kağız formada)
Sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin surəti (kağız formada)
Cihaz və qurğuların alqı-satqı müqaviləsi
- Sənədin surəti (kağız formada)
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (sertifikatın verilməsindən imtina edilmədiyi halda)
- Sənədin əsli
Sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış
- Sənədin surəti (kağız formada)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Daxil olan müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilmək üçün göndərilir. Daxil olan müraciət araşdırılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş gün müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə ölçmə vasitələrinin yoxlanılması üçün aidiyyəti quruma məlumat verilir. Ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş akkreditasiya attestatı əsasında aparılır. Müəyyən edilmiş qaydada yoxlama keçirildikdən sonra imtina halları aşkar edilmədikdə sertifikat verilir.

    Qeyd: Xidmətin göstərilməsi üçün tələb edilən sənədlərin siyahısı normativ hüquqi aktlarda dəqiq müəyyən edilməmişdir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi


Ünvan: place AZ1073, Bakı şəhəri, B.Ağayev küçəsi 100(A)
Telefon: (012) 538-04-81, (012) 538-85-08
Faks: (012) 492-59-07
E-poçt: ecologiya.nazirliyi@eco.gov.az; info@eco.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.eco.gov.az/
VÖEN: 1300032591
Ödəmə rekvizitləri: А1. Ödəyən bank:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. CTREAZ22

А2. Ödəyən müştəri
Adı: Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyi Büdcə vəsaiti
H/H: AZ61CTRE00000000000002198401
VÖEN: 1300032591

B1. Alan bank:
Adı: Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filial
Kodu: 805562
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T. IBAZAZ2X

B2. Alan müştəri:
Adı: ABB Yasamal filialı
H/H: AZ25İBAZ345019394400001072016
VÖEN: 9900001881
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qeyri iş günləri istisna olmaqla, həftənin 1- 5-ci günləri, saat 09:00-dan 18:00-dək. Fasilə 13:00-14:00-dək.
message