Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Elektron imza sertifikatının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imza sertifikatının verilməsi üçün müraciətin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Elektron imza sertifikatı əldə edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Sənədlərin yoxlanılması və sertifikatın verilməsi ərizənin daxil olduğu tarixdən 1 (bir) iş günü ərzində aparılır. Müqavilədə göstərilmiş məbləğdə haqq ödənilir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Elektron qaydada həftənin bütün günləri 00:00:00 - 00:00:0 Həftənin 1-5 günləri (kağız daşıyıcıda müraciətlər üçün)
İşin başlama vaxtı : 00:00:00 09:00:00
İşin sona çatma vaxtı : 00:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (Mərkəz)
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Kağız və ya elektron formada
Imza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız və ya elektron formada
Imza sahibinin adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə
- Kağız və ya elektron formada
Hüquqi şəxs adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə
- Kağız və ya elektron formada
Imza sahibinin elektron imzanı yoxlama məlumatları (İmza sahibi özü tərəfindən yaradılmış imzanı yoxlama məlumatlarına sertifikat almaq üçün müraciət etdikdə, sertifikatın verilməsi sorğusunun mətninin kağızda çap olunmuş və elektron nüsxələrini təqdim etməlidir)
- Kağız və elektron formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlanılır. Sənədlərin yoxlanılması və sertifikatın verilməsi ərizənin daxil olduğu tarixdən 1 (bir) iş günü ərzində aparılır.
    Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə sertifikatın verilməsindən imtina edilir.
    Müqavilədə göstərilən xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
    Sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlanmazdan əvvəl o sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırılır.
    Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat Mərkəzin rəsmi blankında 2 (iki) nüsxədə tərtib edilir, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi Mərkəzə qaytarılır. Elektron formadakı sertifikat Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.
    Mərkəzdə imza sahibinin şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra o, verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin Mərkəz tərəfindən məlumatlandırılmanın aparılması barədə müvafiq jurnallarda imza edir.
    Verilmiş sertifikat Mərkəz tərəfindən "Verilmiş sertifikatlar reyestri" nə daxil edilir və bu andan dərc edilmiş sayılır.
    Verilən sertifikatların qüvvədə olma müddəti 3 (üç) ildən az olmamalıdır, imza yaratma və yoxlama məlumatlarının qüvvədə olma müddəti isə şərti olaraq 1 (bir) ildir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Sifarışçi xidmətin göstərilməsi ilə əlaqədar yaranacaq hər hansı bir mübahisə ilə bağlı:
    - http://www.e-imza.az
    - E-poçt: info@e-imza.az : Office@rabita.az
    - Telefonlar: Sorğu mərkəzi : 157 göstərilən əlaqə vasitələri ilə aidiyyatı üzrə müraçiət edə bilər.
    "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Ünvan: place AZ 1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 33
Telefon: (994) 498-5838
Faks: (994) 498-7912
E-poçt: us@mincom.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mincom.gov.az/
VÖEN: 9900033991
Ödəmə rekvizitləri: B1. Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi (DXA)
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BIK:CTREAZ22
B2. Alan təşkilat
Adı: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hesab №: AZ59CTRE00000000000002158570
VÖEN: 9900033991
D3. Büdcə təşkilatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qaynar xətt - 1655
message