Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin məzmunu :
  • Bu xidmət əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması və ya haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınmasından imtina edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və müvafiq Regional Miqrasiya İdarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi və ya haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsindən imtina edilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 3 ayadək 6 ayadək 1 ilədək
Ödənişsiz :
Rüsum : 350 AZN 600 AZN 1000 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.58.1-ci və 19.4-cü maddələri. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.58.2-ci və 19.4-cü maddələri. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.58.3-cü və 19.4-cü maddələri.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Dövlət Miqrasiya Xidməti və ona tabe olan qurumlarda həftənin 1-5-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 6-7-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00 11:00:00 10:00:00
İşin sona çatma vaxtı : 18:00 17:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 13:00 00:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00 00:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və onun regional idarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri (bölmələri),
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Elektron və ya kağız formada
Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış
- Elektron və ya kağız formada
Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir)
- Elektron və ya kağız formada
Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportu
- Elektron və ya kağız formada
Digər sərhədkeçmə sənədinin surəti
- Elektron və ya kağız formada
Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti
- Elektron və ya kağız formada
Nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış
- Elektron və ya kağız formada
Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti
- Elektron və ya kağız formada
İşəgötürən hüquqi şəxs olduqda – nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri
- Elektron və ya kağız formada
İşəgötürən hüquqi şəxs olduqda – dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri
- Elektron və ya kağız formada
İşəgötürən fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surətləri
- Elektron və ya kağız formada
İşəgötürən fiziki şəxs olduqda – fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri
- Elektron və ya kağız formada
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Təqdim olunmuş sənədlərdə çatışmazlıq, uyğunsuzluq və digər nöqsanlar aşkar edildikdə, Dövlət Miqrasiya Xidməti işəgötürənə bu barədə yazılı məlumat verir.
    İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır.
    Dövlət Miqrasiya Xidməti Miqrasiya Məcəlləsinin 67.4-cü maddəsində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil olmuş məlumatlara 5 iş günü müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə rəy verir. 5 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
    İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Dövlət Miqrasiya Xidməti 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir.
    İş icazəsi səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir.
    İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir.
    İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.
    İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, Dövlət Miqrasiya Xidməti iş icazəsini ləğv edir.
    İş icazəsinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, iş icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi, habelə iş icazəsi almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən iş icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
    İşəgötürən iş icazəsinin verilməsindən imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra iş icazəsi almaq üçün Miqrasiya Məcəlləsinə uyğun olaraq yenidən müraciət edə bilər.
    İşəgötürən həmin şəxslərin ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddətdə yenidən müraciət edərsə, yalnız iş icazəsi verilməsindən imtina üçün əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti


Ünvan: place AZ-1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202
Telefon: Çağrı Mərkəzi: (+994 12) 919 Tel: (+994 12) 565 61 18 (+994 12) 565 61 19 (+994 12) 565 61 20 (+994 12) 565 61 21 (+994 12) 565 61 22
Faks: (+994 12) 562 37 02
E-poçt: info@migration.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.migration.gov.az
VÖEN: 1700760271
Ödəmə rekvizitləri: Dövlət Miqrasiya Xidmətinin xeyrinə ödənilən dövlət rüsumlarının bank rekvizitləri:
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti
Hesab: AZ17CTRE00000000000002117131
VÖEN: 1602473621
Büdcə təsnifatının kodu: 142233 (MYİ, DYİ vəsiqələri və MOM qərarları və Qaçqın vəsiqəsi)
142234 (Vətəndaşlığa qəbul və bərpa , vətəndaşlıqdan çıxma)
142274 (İş icazələri)
Büdcə səviyyəsinin kodu: 1


Dövlət Miqrasiya Xidmətinə ödənilən cərimə ödənişlərinin bank rekvizitləri:
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Dövlət Miqrasiya Xidməti
Hesab: AZ58CTRE00000000000004518501
VÖEN: 1700760271
Büdcə təsnifatının kodu: 143170
Büdcə səviyyəsinin kodu: 7


Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin ödəmə rekvizitləri;
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Hesab: AZ40CTRE00000000000004878501
VÖEN: 1701393691
Büdcə təsnifatının kodu: 142233 (MYİ, DYİ vəsiqələri və MOM qərarları və Qaçqın vəsiqəsi)
142234 (Vətəndaşlığa qəbul və bərpa , vətəndaşlıqdan çıxma)
142274 (İş icazələri)
Büdcə səviyyəsinin kodu: 7


Digər ödənişlərin bank rekvizitləri;
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Dövlət Miqrasiya Xidməti
Hesab: AZ38CTRE00000000000004518570
VÖEN: 1700760271
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5 günləri, 09:00:00-18:00:00 919-Miqrasiya Məlumat Mərkəzi.
message