Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
- Atalığın müəyyən edilməsinin qeydə alınması
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Şəhər və rayon qeydiyyat şöbələri
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsi;
- Azərbaycan Respublikasınn Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 6-cı hissəsi.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Elektron və ya kağız sənədləşmə formalarında
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Veb sayt vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və uşağın doğumu haqqında yeni şəhadətnamə
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
1 iş günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Dövlət rüsumu haqqında qanun 12 maddəsi |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
|
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
|
|
Günlər : |
"ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri |
Şəhər və rayon qeydiyyat şöbələrində həftənin 2-6-cı günləri |
"ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
10:00:00 |
10:00:00 |
10:00:00 |
İşin sona çatma vaxtı : |
17:00:00 |
18:00:00 |
20:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
13:00:00 |
00:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
15:00:00 |
00:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
- Şəhər və rayon qeydiyyat şöbələrinin inzibati binaları
- "ASAN xidmət" mərkəzlərinin inzibati binaları
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
-"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 6.10-cu bəndinə əsasən uşağın doğumu qeydə alınmadıqda;
-"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 6.6 və 6.7-ci bəndlərinə əsasən valideynlərin birgə ərizəsi təqdim olunmadıqda, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsi təqdim edildikdə, atalıq tək atanın ərizəsi əsasında müəyyən edildikdə yerli icra hakimiyyətlərinin razılığı olmadıqda;
-Valideynlərin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 4-cü maddəsinə əsasən qüvvədən düşmüş hesab edilən şəxsiyyət vəsiqəsi təqdim edildikdə.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
|
Valideynlərin birgə ərizəsi
- Kağız daşıyıcıda
|
Atalığın müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
|
Atalığın müəyyən edilməsinə qəyyumluq orqanının razılığı
- Kağız daşıyıcıda
|
Uşağın doğumu haqqında tibbi şəhadətnamə
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
|
Valideynlərinin şəxsiyyətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
Ana öldükdə onun ölümü haqqında şəhadətnamənin surəti ( tək atanın ərizəsi əsasında atalıq müəyyən edildikdə)
- Kağız və ya elektron formada skan edilmiş surəti
|
Ana fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya valideynlik hüquqlarından məhrum olunduqda bu barədə məhkəmə qətnaməsindən çıxarış (Tək atanın ərizəsi əsasında atalıq müəyyən olunduqda)
- Kağız və ya elektron formada skan edilmiş surəti
|
Valideynlik hüquqlarından məhrum olunduqda məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız daşıyıcıda
|
Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının müvafiq razılığını təsdiq edən sənəd (Tək atanın ərizəsi əsasında atalıq müəyyən olunduqda)
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
|
Ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd (Tək atanın ərizəsi əsasında atalıq müəyyən olunduq)
- Kağız və ya elektron formada skan edilmiş surəti
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Ərizə əsasında atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi (konsulluq idarəsi) tərəfindən həyata keçirilir.
- Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.
- Qeydiyyat şöbəsi (konsulluq idarəsi) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalığın müəyyən edilməsini yerli İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər.
- Valideynlərdən biri üzürlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsinə (konsulluq idarəsinə) gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi (konsulluq idarəsi) tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.
- Uşaq aralarında nigah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi (konsulluq idarəsi) atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır.
- Ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
- Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə yol verilir.
- Atalığın müəyyən olunmasını qeyd edərkən uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı uşağın yaşadığı yerin yerli İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur.
- Uşağın doğumu Qeydiyyat şöbəsində (konsulluq idarəsində) qeydə alınmamışdırsa, atalığın müəyyən edilməsinə doğum qeydə alındıqdan sonra yol verilir. Doğum haqqında akt qeydi itirildiyi hallarda atalığın müəyyən edilməsinin qeydiyyatı doğum akt qeydi qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa olunduqdan sonra həyata keçirilə bilər.
- Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
-Qeydiyyat şöbəsi (konsulluq idarəsi) atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir.
- Qeydiyyat şöbəsi atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizəsini və ya tək atanın ərizəsini, məhkəmə qətnaməsi əsasında atalığın müəyyən edilməsi barədə ərizəni və ona əlavə olunmuş sənədləri qəbul edir və həmin gün atalığın müəyyən edilməsinin qeydiyyatını aparır.
-Ərizə verən şəxslərin iştirakı ilə atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edir, akt qeydinə yazılan hər bir qeyd ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və ərizə verən şəxs şəhadətnamənin alınmasına dair reyestrdə imza edir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinnə uyğun olaraq 1 ay müddətdə baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
-
Qismən elektronlaşdırılıb
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|