Menu mail_outline

Atalığın müəyyən edilməsinin qeydə alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Atalığın müəyyən edilməsinin qeydə alınması
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və uşağın doğumu haqqında yeni şəhadətnamə
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Qeyd edilməyib
Xidmətin göstərilmə yeri :
  • Diplomatik nümayəndəlik və konsulluqlar
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Qeyd edilməyib
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Ərizə əsasında atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi (konsulluq idarəsi) tərəfindən həyata keçirilir.
    - Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.
    - Qeydiyyat şöbəsi (konsulluq idarəsi) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalığın müəyyən edilməsini yerli İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər.
    - Valideynlərdən biri üzürlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsinə (konsulluq idarəsinə) gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi (konsulluq idarəsi) tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.
    - Uşaq aralarında nigah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi (konsulluq idarəsi) atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır.
    - Ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
    - Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə yol verilir.
    - Atalığın müəyyən olunmasını qeyd edərkən uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı uşağın yaşadığı yerin yerli İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur.
    - Uşağın doğumu Qeydiyyat şöbəsində (konsulluq idarəsində) qeydə alınmamışdırsa, atalığın müəyyən edilməsinə doğum qeydə alındıqdan sonra yol verilir. Doğum haqqında akt qeydi itirildiyi hallarda atalığın müəyyən edilməsinin qeydiyyatı doğum akt qeydi qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa olunduqdan sonra həyata keçirilə bilər.
    - Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
    -Qeydiyyat şöbəsi (konsulluq idarəsi) atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir.
    - Qeydiyyat şöbəsi atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizəsini və ya tək atanın ərizəsini, məhkəmə qətnaməsi əsasında atalığın müəyyən edilməsi barədə ərizəni və ona əlavə olunmuş sənədləri qəbul edir və həmin gün atalığın müəyyən edilməsinin qeydiyyatını aparır.
    -Ərizə verən şəxslərin iştirakı ilə atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edir, akt qeydinə yazılan hər bir qeyd ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və ərizə verən şəxs şəhadətnamənin alınmasına dair reyestrdə imza edir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidməti həyata keçirən orqanların siyahısı :
message